суббота, 21 апреля 2012 г.

Sünni hədisləri » Təthir ayəsii »Əba əhli (Kisa hədisi).


Əba əhli (Kisa hədisi)


1)  

حدثنا محمود بن غيلان حدثنا أبو أحمد الزبيري حدثنا سفيان عن زبيد عن شهر بن حوشب عن أم سلمة : أن النبي صلى الله عليه وسله جلل على الحسن و الحسين وعلى فاطمة كساء ثم قال اللهم هؤلاء أهل بيتي وخاصتي اذهب عنهم الرجس وطهرهم تطهيرا فقالت أم سلمة وأنا معهم يا رسول الله ؟ قال إنك إلى خير 
قال هذا حديث حسن وهو أحسن شيء روي في هذا الباب 
وفي الباب عن عمر بن أبي سلمة و أنس بن مالك و أبي الحمراء و معقل بن يسار و عائشة 

Bizə Mahmud b. Ğeylan rəvayət etdi, bizə Əbu Əhməd əz-Zubeyri rəvayət etdi, bizə Sufyan, Zubeyddən, o da Şəhr b. Havşəbdən, o da Ümmü Sələmə dən rəvayət etdi: Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyni bir örtük (kisa) ilə örtdü və belə dedi: “Allahım, bunlar mənim əhli-beytim və yaxınlarımdır. Onlardan çirkinliyi (ər-rics) təmizlə və pak et.” Bu zaman Ümmü Sələmə: “Ey Allahın Rəsulu! Mən də onlarla bərabərəm?” - dedi. Rəsulullah (s): “Sən xeyir üzərindəsən” - buyurdu.
Tirmizi dedi: Bu hədis həsəndir. Bu mövzuda rəvayət edilən ən gözəl hədisdir.
Bu mövzuda Ömər b. Əbî Sələmə, Ənəs b. Malik, Əbu’l Həmra, Məqil b. Yəsar və Aişədən də hədis rəvayət edilmişdir.
Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.5, s.699, №3871; Dar İhya ət-Turas əl-Ərəbi - Beyrut; təhqiq: Əhməd Şakir və digərləri.


2) 

حدثنا قتيبة حدثنا محمد بن سليمان بن الأصبهاني عن يحيى بن عبيد عن عطاء بن أبي رباح عن عمر بن أبي سلمة ربيب النبي صلى الله عيله وسلم قال : نزلت هذه الآية على النبي صلى الله عليه و سلم { إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا } في بيت أم سلمة فدعا النبي صلى الله عليه و سلم فاطمة و حسنا و حسينا فجللهم بكساء وعلي خلف ظهره فجلله بكساء ثم قال اللهم هؤلاء أهل بيتي فأذهب عنهم الرجس وطهرهم تطهيرا قالت أم سلمة وأنا معهم يا نبي الله ؟ قال أنت على مكانك وأنت إلي خير 
قال وفي الباب عن أم سلمة و معقل بن يسار و أبي الحمراء و أنس 
قال وهذا حديث غريب من هذا الوجه 

Bizə Quteybə rəvayət etdi, bizə Muhəmməd b. Süleyman b. əl-Əsbahani, Yəhya b. Ubeyddən, o da Ata b. Rəbahdan, o da Peyğəmbər (s)-in ögey oğlu Ömər b. Əbi Sələmədən rəvayət etdi: "Siz ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!" ayəsi Ümmü Sələmənin evində nazil oldu. Peyğəmbər (s) Fatiməni, Həsəni və Hüseyni çağırıb öz əbasını onlara bürüdü. Arxa tərəfdə dayanan Əlini də əbanın altına salıb buyurdu: "Allahım! Bunlar mənim Əhli-beytimdir. Onlardan çirkinlikləri uzaqlaşdır və təmamilə pak et."  Ümmü Sələmə: “Ey Allahın Rəsulu, mən də onlardanmıyam?” -  deyə soruşdu.Rəsulullah (s): “Sən öz yerində dayan! Sən xeyir üzərindəsən!” - buyurdu. 
ət-Tirmizi dedi: Bu mövzuda Ümmü Sələmə, Məqil b. Yəsar, Əbu’l Həmra və Ənəsdən də hədis rəvayət edilmişdir.
ət-Tirmizi dedi: Bu hədis bu şəkli ilə qəribdir. 

Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.5, s.663, №3787; Dar İhya ət-Turas əl-Ərəbi - Beyrut; təhqiq: Əhməd Şakir və digərləri.




Комментариев нет:

Отправить комментарий