суббота, 21 апреля 2012 г.

3-cü Xəlifə haqqda Əhli-sünnə mənbəylərindən Hədislər...


“ OSMAN VƏ SOMƏRƏT İBN CUNDƏBİN ƏHVALATI “
Buxari bəzən hədislərdə gələn aşkar adları, şəxs əvəzlikləri, kinayə və ya “filankəs” kəlməsi ilə dəyişməklə onların həqiqi məzmununu gizlətmişdir.
1. Usamədən bir hədis nəql olunmuşdur. O, bu hədisdə Osmanın gördüyü işlərə irad etmişdir. Hədisin tərcüməsi belədir:
Usaməyə dedilər: Yaxşı olar ki, gedib Osmanla söhbət edəsən və onu bu işlərindən çəkindirəsən. Usamə cavabında dedi:- Siz elə düşünürsünüz ki mənim söhbətim gərək sizin qulağınıza çatmalıdır? Hansı ki mən xəlifə ilə ona irad etmədən bu barədə söhbət etmişəm. Usamə dedi:- Mən Peyğəmbər (s)-dan eşitdiyim məsələdən sonra mənə əmir və hakim olan hər kəsə yaxşı adam deyə bilmərəm. Çünki, Peyğəmbər (s) buyurmuşdur ki, qiyamət günündə bir nəfəri gətirib cəhənnəm oduna atarlar. Onun bağırsaqları od-alov içində qarnından çölə çıxar. Şiddətli ağrıların çoxluğundan dəyirman uzun qulağı kimi öz başına fırlanar. Cəhənnəm əhli onun ətrafına toplaşaraq deyərlər:- Niyə belə edirsən? Məgər yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirən sən deyildinmi? O isə deyər:- Bəli! Mən yaxşılıqlara dəvət edirdim lakin özüm yaxşı işlər görmürdüm. Pis işlərdən çəkindirirdim amma özüm pis işlər görürdüm.[Irşadus-sari c10 s9 __Sünən ibn Davud c2 s402___Sunən İbn Məca c2 s 227]
Əziz oxucu! Aşağıda mətnini yazaraq Səhihi Müslümdən nəql etdiyimiz bu hədis Usamə ibn Zeydin Osmana olan açıq iradını bildirir. Usamə, İslamın mubariz şəxsiyyətlərindən biridir ki, Peyğəmbər (s) vəfatı zamanı İslam bayrağını və qoşun başçılığını ona həvalə etmiş və böyük səhabələrə başçı təyin etmişdir. Üsamə həmin o şəxsdir ki, Peyğəmbər (s) son anlarında belə onun qoşunundan üz döndərəni lənətləmişdir. Belə bir böyük şəxsiyyətin Peyğəmbər (s)-dan eşitdiyi hədisə əsaslanaraq Osmanı dəyirman uzun qulaqlarından biri və cəhənnəmdə bağırsaqları çölə çıxmış, dəhşətli əzaba tutulmuş bir şəxs kimi tanıtdırmışdır.
Bu hədisi “Müslüm” iki yolla nəql etmişdir. Hər ikisində də Osman kəlməsi gözə dəyir. Buxari də həmin hədisi iki müxtəlif yolla nəql etmişdir. Lakin, hədisə başqa don geyindirmək və onun rəngini dəyişmək üçün Peyğəmbər (s) və Usamənin belə bir açıq iradı, Osmanın üzərindən götürmüş və hər iki yerdə çox məharətlə davranmışdır. Bir yerdə Osman əvəzinə mətndə şəxs əvəzliyi gətirmiş və ...قيل لاسامة الا تكلم هذا... yazmışdır. Başqa yerdə isə Osman kəliməsini “filankəs” kəliməsi ilə əvəz etməklə ...قيل لاسامة لواتيت فلاناً فكلمته.. nəql etmişdir.[İstihab c3 s39 səhifənin aşaqı hissəsində çap olunmuşdur]
2. Yenə də Müslüm səhihdə və Əhməd ibn Hənbəl musnəddə Ömər tərəfindən Bəsrəyə hakim təyin olunmuş Somərənin şərab satdığını nəql edirlər. Bu hadisənin mətnində Somərənin adı iki dəfə gəlmişdir. Səhihi Müslümdən və Musnədi Əhməddən bu hədisin mətnini və tərcüməsini burada qeyd edirik:
Tavus, İbn Abbasdan nəql edir:- Ömərə Somərənin şərab satdığını xəbər verdilər. Ömər dedi:- Allah Somərəni öldürsün. Məgər o Peyğəmbər (s)-in yəhudilər barədə buyurduğu “Allah yəhudiləri öldürsün. Çünki Allah, heyvanların piyini onlara haram etmişdir. Lakin onlar Allahın əmrinin əksinə yağları bazara çıxardaraq satırdılar” kəlamını eşitməyibmi?!
Bu hədisi Buxari də Somərənin yerinə "Filankəs" ibarətini gətirməklə nəql etmişdir:
باع خمراً فقال قاتل الله فلاناً الم يعلم[Səhih buxari c9 kitabul etisam bab ma yəkrihu min kəsrətis -sual və....] بلغ عمر ان فلاناً
Səhihi Buxarini şərh edənlərin çoxu hətta Səhihi Müslümü şərh edən, Nəvəvinin özü də həmin hədisin şərhində Buxarinin bu hədisə xəyanət etdiyini bildirmişlər. Bu nəzər də onlar tərəfindən örtülü və gizli qalmamışdır.

Комментариев нет:

Отправить комментарий