пятница, 7 марта 2014 г.

Ayətullah Vəhid Xorasaninin çıxışları

Ayətullah Vəhid Xorasaninin bizim dilə və Türk dilinə tərcümə olunmuş çıxışlarını Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:



 Həyatı haqqında qısa məlumat:

Şeyx Vəhid Xorasani 1 dekabr 1921 (hicri-şəmsi 1300-cü) ildə Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur. Ayətullahul-uzma Şeyx Vəhid Xorasani dövrümüzün əzəmətli fəqihlərindən biridir. İranda, İraqda, Azərbaycanda və bir çox qərb ölkələrində müqəllidləri vardır. Ustadın "Tovzihul-məsail" risaləsi dilimizə tərcümə olunmuşdur.


среда, 5 марта 2014 г.

Hacı Həsənein Rəcəbəlinin bizim dilə tərcümə olunmuş çıxışları

                    Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:

                                     ------------> Hacı Rəcəbəlinin çıxışları


Özü haqqında qısa məlumat:

Rəcəbəli Həsənein

Əslən Tanzanialıdır. Amerikanın Michigan ştatında yaşayır. Qərbin İslam alimlərindən və aktiv mübəlliğlərindən biridir. Michiganda özünün rəhbərlik etdiyi “Wise” (Müdrik) adlı böyük təhsil mərkəzi və kampı var. Eyni zamanda dünyanın ən güclü universitetlərindən biri olan Columbia Un-nin Mikrobiologiya üzrə məzunudur. Mütərəqqi fikirli gözəl ictimai xadim və çox gözəl, təvazökar, daim insanların xidmətində olan bir insandı.