Əli(Ə)-dan Peyğəmbərə(S) şikayət edən səhabələr.
Peyğəmbərə (s.a.a.v) şikayət və Vilayətin təsdiqi
Dəfələrlə Peyğəmbər (s.a.a.v) Əli (a.s)in Özundən sonra İmam olmasi barədə öz səhabələrinə məlumat vermişdir. Ta islamin təməli qoyulandan, Qədir-xum hadisəsinə kimi, elece də Qədir-xumda. Bu hadisə də bunun arasinda baş vermiş olan hadisədir. İmkan düşən kimi Peyğəmbərimiz (s.a.a.v) Əhli-beytin vilayətinin mujdəsini verirdi. Lakin Ondan (s.a.a.v) sonra bəzilərinin gedib özlərinə xəlifə seçməkləri və sunnənin ziddinə getməkləri, Əhli-beytin (a.s) haqqina girməkləri, Peyğəmbərə (s.a.a.v) və Allaha qarşi cixdiqlari andan zillətə düşdülər və hələ də zillətdədirlər.
*Səhih Termizi* Əhli-sünnənin 6 kitabından biri...Kitabın *Kitabul-Mənaqib* hissəsi səhifə 978..Hz.Əli(ə.s) fəzilətlər bölməs,2 hədis gətiririk # 3721 və. #3722-ci hədis.Hər iki hədis Hz.Əli(ə.s) fəzilətİndən bəhs eləyir.Sadəcə olaraq Vəli kəlməsinə aid olan ki Hz. Əli(Ə) möminlərin vəlisidir.onu qeyd edirik,hədis uzundur.Bir növ gələk düz hədisin sonunda Peyğəmbərimiz(s) buyurur .Diqqət edək ki hədisdə buyurulur ki Peyğəmbər(s) Əli ibni Əbu Talibi bir qoşuna rəhbər eləyir və Əli ibni Əbu Talib qoşunun rəhbəri olaraq bir vəzifə -səriyyə deyilir.Səriyyə odur ki Peyğəmbər(s) iştrak etmədiyi bir muharibə.Döyüşə göndərir,müəyyən hadisələr baş verir və Hz.Əli(ə.s) ordan qənimət götürür,yüklənir.Fə ənkəru əleyhi, Hz.Əli(ə.s) qoşunun rəhbəri olmaqına baxmayaraq ki haqqı var,həm Əhli-beytdəndir ,həm qoşunun rəhbəridir,bir-iki nəfər qəlbində xəstəliyi olan Həzrətin bu işindən xoşu gəlmir ki niyə görə O, kənizi götürdü ,onu məsələm mən götürə bilərdim,başqası götürə bilərdi.HZ.Əlinin(Ə) o, kənizi götürməyi bunların xoşuna gəlmir.Hədisdə buyurulur* Peyğəmbər(s) səhabəsinə yaraşmayan bir əxlaq.Yani Peyğəmbərdən(s) dərs alasan,Onu hər gün görəsən, Peyğəmbərdən(s) Bir növ Allahla sənin aranda yeganə vasitə Peyğəmbər(s) ola ,sonrada belə bir hərəkətə əl atasan.Dörd Peyğəmbər(s) səhabəsi qərara gəlirlər ki Peyğəmbərə(s) çatduq Ona, Hz.Əlidən(Ə) şikayət edək yani xəbərçilik edək. Peyğəmbəri(s) gördükdə Əlinin(Ə) həyata keçirdiyi bu işdən Peyğəmbərə(s) xəbər verəciyik..Hər bir müsəlman bir səfərə çıxdıqda və geri qayıtdıqda,adət belə idi ki evə getməzdən öncə gəlib Peyğəmbərə(s) baş çəkərmişlər.Bu qoşunda Mədinədən çıxıb ilk gəlişində gəlin Peyğəmbərə(s) baş çəkirlər. Peyğəmbərə(s) salam verərlər sonra hərə öz evinə gedər.O, vaxt ki bu göndəriləm qoşun mədinəyə qayıdır, dörd nəfər ki qərara gəlmişdilər Hz.Əli(Ə) barədə Peyğəmbərə(s) xəbər versinlər, o dörd nəfərin biri(adlar qeyd olunmur,amma Peyğəmbərin(s) səhabəsi olduqlari yəgindir,hədisdə qeyd olunur). Əli ibni Əbu Talib biz səfərdə olanda filan-filan işi yerinə yetirdi,etiraz eliyirlər Peyğəmbərə(s) Hz. Əlidən(Ə). Peyğəmbər(s) həmən bu xəbərçiyə bir söz demədi,üz çevirdi ondan.Sonra 2-ci səhabə qalxır,birincinin dediyi tərzdə eyni kəlməni təkrar edir. Peyğəmbər(s) O, şəxsədə üz çevirir.Üçüncü qalxır,şikayətini eləyir, Peyğəmbər(s) onunda şikayətinə üz çevirir.Və 4-cü qalxır ki Hz. Əlidən(Ə),Ona şikayət eləsin,öz sözünü deyir,yenədə Peyğəmbərə(s) bir cavab vermir, ondan üz çevirir . Peyğəmbər(s) gördüki bunlar əl çəkmir. Peyğəmbər(s) onlara üz tutub qəzəb sifətində zahir olaraq və deyir: Əli ibni Əbu Talibdən nə istəyirsiz? Peyğəmbər(s) yenə təkrar edir.Yenə təkrar edir üç dəfə. Peyğəmbər(s) buyurur: Əli(ə) məndəndir mən də Əlidən(Ə).Yani Əlinin(Ə) gördüyü iş eyni ilə mənim gördüyüm işdir,mənim gördüyüm iş onun gördüyü işdir.Siz ondan şikayət eləməyinizin mənası elə-bil məndən şikayət eləyirsiz.Hədisdə belə gəlir-Bütün Möminlərin Əli ibni Əbu Talib VƏLİSİDİR.Hədisdə bir qeyd var-Peyğəmbər(s) buyurub-*Məndən sonra*..Vəlinin mənası dost,yardımcı demək deyil bu hədisdə.Peyğəmbər(S) qəzəbli halda niyə demədiki Əli ibni Əbu Talib mənim dostumdur?Demək həm qəzəbli halda həmdə özundən sonra Əlini(Ə) özündən sonra Vəli görürsə,demək Vilayətin mənası Xilafət deməkdir.Kim desəki bu hədis yalandır,zəifdir,,,Termizi buyurur—Bu hədis həsəni hədislərdindir,yani mötəbər hədislərdindir.
Комментариев нет:
Отправить комментарий