четверг, 2 июля 2015 г.

Vilayətin ilk şəhidi (elmi araşdırma) - (Xanım Fatimənin şəhadəti)

Araşdırmanı word formatında yükləmək üçün ünvan: www.share.az/

Araşdırmanı pdf formatında yükləmək üçün ünvan: http://www.boxca.com/

Araşdırmanı ayrı-ayrı bölmələrdə oxumağ üçün ünvan: beqiyyetullah.wordpress.com



"Biz Peyğəmbərlər irs qoymuruq" hədisi barədə risalə - Şeyx Müfid

İslam dünyasının görkəmli alimlərindən olan Şeyx Müfidin bu qısahəcmli risaləsində mövzu ilə əlaqədar dolğun cavablar yer almışdır. Bununla belə, kitabın mühəqqiqi Malik əl-Mahmudi və tərcüməçisi İdris Hüseynzadə lazımi yerlərdə mühüm qeydlər etməklə kitabın daha da zənginləşməsində pay sahibi olmuşlar.

Mühüm qeyd: saytın yükləmə linki bəzən həddən artıq yüklənmə səbəbindən işləməyə bilir. Ona görə əlavə olaraq 2 ədəd yükləmə keçidi qoyulub. Onlardan da istifadə edə bilərsiniz.

               Yükləmə linki: http://az.313news.net/down/o-67.html






суббота, 14 марта 2015 г.

Ustad Əliəkbər Raifipurun çıxışları

Ustad Əliəkbər Raifipurun bizim dilə tərcümə olunmuş çıxışlarını Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:


                         ------>  Ustad Əliəkbər Raifipurun çıxışları


                                             Özü haqqında qısa məlumat:

Əli Əkbər Rafeipur (Həmçinin Rafei Pur da yazılır; farsca علیاکبر رائفیپور) İranlı müstəqil tətqiqatçıdır. Əsas araşdırma sahəsini anti-semitisizm və anti-mason məsələlər əhatə edir. O, tənqidçilərin bəziləri tərəfindən bir Konspirasiya nəzəriyyəçi olaraq qəbul edilən və öz sahəsi üzrə ən gənclərdən biridir. Əli Əkbər Rafeipur Tehranda Şiə ailəsində doğulmuşdur. Tehranda böyümüş və orta təhsilini bitirdikdən sonra universitetə muhasibat öyrənmək üçün daxil olmuşdur. Bəzi tərəfdarları onun strateq olduğunu iddia edərək Doktor Rafei adlandırırlar, lakin özü də qeyd etdiyi kimi:  muhasibat üzrə universitet məzunu olduğum üçün məni Doktor Rafeipur adlandırmayın. Tənqidçilər onun Tehranda ABŞ-ın keçmiş səfirliyində yerləşən və hal-hazırda İran rəsmilərinin əlində olan Həsən Abbasi düşüncə məktənin növbəti nəslindən olduğunu söyləyirlər. O 2011-ci ildə yaradılmış MASAF hərəkatının yaradıcılarından biri və lideridir. Bu hərəkat nəticəsində ölkə ərazisində Qüds Günündə obelisklərin  dağıdılması və yandırılmasının təşkilatın üzvləri tərəfindən həyata keçirilmişdir. 2010-cu il ərzində Cənab Rafeipurun 300-dən çox konfrans keçirmişdir və İranda ən aktiv natiqlərdən biridir.


суббота, 27 декабря 2014 г.

Ayətullah Məkarim Şirazinin çıxışları

Ayətullah Məkarim Şirazinin bizim dilə tərcümə olunmuş çıxışlarını Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:


              ------> Ayətullah Məkarim Şirazinin çıxışları

         
   Həyatı haqqında qısa məlumat:


Cənab Ayətullah Məkarim Şirazi 1927-ci ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Cənab ustadın ailə üzvləri arasında ruhani olmasa da, İslam maarifinə eşqi onu bu iftixarlı sahəyə sövq etmişdir. Ustad təqribən 14 yaşında Şirazın Ağababaxan mədrəsəsində dini təhsilə başlamışdır. Qısa bir müddətdə sərf, nəhv, məntiq, məani, bəyan və bədii sahəsində zəruri biliklərə yiyələnmişdir. Daha sonra fiqh və üsulla məşğul olmuş, fövqəladə istedadı sayəsində 4 il müddətində müqəddimə, orta və ali səth dərslərini başa çatdırmışdır. Həmin illərdə Şiraz elmi hövzəsinin tələbələri də onun biliyindən faydalanmışlar. Ustad özü təhsil almaqla yanaşı bəzən bir gündə 8 sinifdə tədrislə məşğul olmuşdur. Cənab ustad 18 yaşında ikən Qum elmi hövzəsinə daxil olmuşdur. Həmin vaxt dövrün böyük ustadları Ayətullah-üzma Bürucerdi, başqa ayətullahların dərsindən 5 ilə yaxın bəhrələnmişdir. Cənab ustad böyük müəllimlərin düşüncələri ilə tanışlıq üçün hicri-qəməri 1369-cu ildə Nəcəf elmi hövzəsinə hicrət etmişdir. Orada Ayətullah Həkim, Xoyi, Seyid Əbdül Hadi Şirazi və başqa böyük ustadların dərslərində iştirak etmişdir. Ustad 24 yaşında ikən Nəcəfin iki böyük aliminin hüzurunda ictihad dərəcəsinə çatmışdır. Böyük ustad hicri-şəmsi 1330-cu ilin şəban ayında İrana qayıtmış, müqəddəs Qum şəhərində məskunlaşmışdır.Ayətullah-üzma Məkarim Şirazi İrana qayıtdıqdan sonra üsul və fiqh dərsləri, ali səth dərsləri ilə məşğul olmuşdur. Hövzə 55 ilə yaxındır ki, ustadın xaric dərslərindən bəhrələnir. O bir çox mühüm fiqh kitablarını tədris etmiş, onlarda düzəlişlər aparmışdır. Hazırda cənab ustadın xaric dərsi ən çox dinləyicisi olan dərslərdəndir. Bu dərslərdə 2 minə yaxın tələbə və alim iştirak edir. Cənab ustad gənclik dövründən başlayaraq müxtəlif sahələrlə bağlı, o cümlədən əqidə, İslam maarifi, vilayət, təfsir, fiqh və üsul mövzusunda kitablar yazmışdır. Cənab Ayətullah-üzma Məkarim Şirazi İslam dünyasının böyük qələm sahiblərindən sayılır. Uustad İslam inqilabında fəal iştirak etmişdir. Bu fəaliyyətlərinə görə dəfələrlə həbsə alınmış, Çabhar, Mehabad, Hənarək şəhərlərinə sürgün edilmişdir. Ustad ilk xibrə məclisinin əsas qanununun hazırlanmasında fəal iştirak etmişdir. Zalım rejim hiss edirdi ki, Qum elmi hövzəsi ümumi bir nəşriyyəyə ehtiyaclıdır və bu nəşriyyə çoxsaylı fitnəkar nəşriyyələrin şübhələrini cavablandıra bilər. Cənab ustad bir sıra alimlərlə həmkarlıq edib “İslam məktəbi” adlı aylıq nəşriyyəni çap etməyə başladı. Bu nəşriyyənin yayılmasına Qum elmi hövzəsinin böyük ustadları yardım göstərirdi. “İslam məktəbi” nəşriyyəsi şiə dünyasında görünməmiş bir xidmət idi. Yayım baxımından bu nəşriyyə elmi və dini jurnallar arasında bütün İslam dünyasında birinci yerdə dayanırdı. Ayətullah-üzma Məkarim Şirazinin 132 cild kitabı nəşr olunmuşdur. Bu kitablardan bəziləri 30 dəfədən artıq təkrar çap edilmişdir. Kitablardan bir hissəsi dünyanın on dilinə tərcümə edilib, müxtəlif ölkələrdə yayılmışdır. 






пятница, 19 декабря 2014 г.

Sələfilik və cahiliyyət dövrünə qayıdış

İslam mütəfəkkirlərindən bir çoxu ifratçı vəhhabilərin (sələfilərin) etiqadi, əxlaqi və əməli baxımdan hərəkətlərini bir cəhətdən ərəblərin cahiliyyət dövrünə qayıdış kimi qiymətləndirirlər. Çünki bu ifratçılar o dövrün bir çox xüsusiyyətlərinə malikdirlər. Bu barədə olan alimlərin gətirdikləri dəlilləri oxucuların nəzərinə çatdırır və bu barədə insaflı mühakiməni əziz oxucuların öz öhdəsinə buraxırıq.

Yükləmə linkləri:



среда, 27 августа 2014 г.

Emin Hacızadə - Təhrif mövzusu (8 dərs)

 Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:

         -------> Təhrif mövzusu - Emin Hacızadə (8 dərs)


İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

Tarix boyu  daim sələfilər (yəni, vəhhabilər) tərəfindən İmam Hüseynin (ə) qiyamının və o Həzrətə (ə) əza saxlamağın əleyhinə şübhələr ortaya atılmışdır. Onlardan biri də azadlıqsevərlərin sərvəri olan İmam Hüseynə (ə) əza saxlamağın bidət hesab olunmasıdır.
Sələfilərin İmam Hüseynin (ə) əzadarlığı barəsində ortaya atdıqları ən əsas şübhələrə aşağıdakı bölmələrdə cavab veriləcək.
1-ci hissə: Bidətin mənaları və onun əsasları
2-ci hissə: Quran və Peyğəmbərlərin (ə) nəzərində ağlamaq və göz yaşı tökməyin icazəli yerləri
3-cü hissə: Peyğəmbərin (s) davranışında ağlamaq və göz yaşı tökməyin yerləri
4-cü hissə: Peyğəmbər (s) sünnəsində İmam Hüseyn (ə) əzadarlığı
5-ci hissə: Məsumların (ə) davranışında İmam Hüseyn (ə) əzadarlığı
6-cı hissə: Əzadarlıq barəsində səhabələrin rəftarı
7-ci hissə: Əhli-sünnədə əzadarlıq

YÜKLƏMƏ LİNKLƏRİ:


вторник, 29 апреля 2014 г.

Seyid Əmmar Nəkşavani-nin çıxışları

 Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:

      --------------> Seyid Əmmar Nəkşavani-nin çıxışları

      
 Özü haqqında qısa məlumat:


 Doktor Seyid Əmmar Nəkşavani  Müsəlman dünyasında ən güclü natiqlərindən biri kimi qiymətləndirilir. O, 1981-ci ildə anadan olub və Universitet Kolleci, eləcə də London İqtisadiyyat Məktəbinin bitirmişdir. Daha sonra o, İranda Şəhid Behişti Universitetinin İslam Tədqiqatları üzrə magistr ilə təltif edilmişdir.Doktor Nəkşavani Exeter Universitetində Namizədlik dissertasiyasını başa çatdırmışdır. O, Klassik İslam Tarixi universitetində mühazirələr oxumuş və sonra Dəməşq Suriyada İslam Müəllimlər Seminariyasında daha da geniş araşdırmalar aparmışdır. Hazırda o, Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzinin səyyar təqaüdçüsüdür.