воскресенье, 22 апреля 2012 г.

Əlinin(a) şiələri Peyğəmbərimizin(s) dilindən

Bismilləh-ir-Rahmən-ir-Rahim! 
Bu gün cəmiyyətdə bəzi cahil kimsələr müsəlmanları aldatmağa çalışırlar ki, Guya ALlah rəsulu (s.a.s), Əli(ə) və digər məsum imamlar (ə) öz şiələri haqqında yaxşı fikirdə olmamış, nəuzubilləh, onların azğın yolda olduğunu iqrar etmişlər.Biz bu barədə muzakirə etmiş, onların atdıqları iftiraların yalanlığını isbat eləmişik.
Bu mövzuda isə, Allahın izni ilə Allah rəsulunun (s.a.s) Əli(ə) şiələri haqqında olan hədislərini qeyd edəcəyik.İnşaAllah ki, bu mövzunun faydaları çoxdur.Amma, iki muhim faydası daha çox nəzərə çarpır:
1.Allah rəsulunun (s.a.s) təriflədiyi Əli(ə) şiələrinin yolunu Əlinin(ə) və digər məsum rəhbərlərin pisləməsi məntiqə ziddir.Çünki, bu imamlar (ə) Allah rəsulunun(ə) ən gözəl tabe olan kimsələrdir.Mümkün deyil ki, bu Məsələdə Allah və rəsulu (s.a.s) ilə muxalifət etsinlər.
2.Bəziləri " ALlah rəsulunun (s.a.s) dövründə şiə yox idi" deyənlər inşaAllah bu mövzudan düzgün nəticə çıxararlar.
Birinci hədis :
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ
 Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Bəyyinə surəsi,7-ci ayə.

Bu ayədəki " yaradılmışların ən yaxşıları" haqqında Allah rəsulu (s.a.s) buyurub :

يا علي هم أنت وشيعتك .

"Ey Əli, onlar sən və sənin şiələrindir"
Bu hədisi : 
Hakim Həsəkani "Şəvahidul-tənzil" əsərinin 2c- cüzünün 356-266 səhifələrində,1125 və 1148-ci səhifələrində;

Xavarəzmi Hənəfi öz "Mənaqib"-ində 62-187-ci səhifələrində;

İmam Əsakir "Tərcumətul-İmam Əli" -nin 2-ci cildinin 442-ci səhifəsində;

Suyuti "Durrul-Mənsur"-un 6cı cildinin 379-cu səhifəsində;

Təbəri öz "Təfsirul-Təbəri"-sinin 30-cu cildinin 146-cı səhifəsində;

İbn Covzi Hənəfi "Təzkirətul-Xavas"-ın 18-c səhifəsində;

Şovkani "Fəthul-Qədir"-in 5-ci cildinin, 477-ci səhifəsində;

Əllamə Alusi özünün "Ruhul-Məani"-sinin 5ci cildinin 477-ci səhifəsində və s.
 qeyd ediblər.

İkinci hədis : 
Allah rəsulu (s.a.s) Əli(ə) və şiələri haqqında buyurur : 

والذي نفسي بيده إن هذا وشيعته لهم الفائزون يوم القيامة .

"Canım əlində olana and olsun ki, həqiqətən bu və şiələri qiyamət günü nicat tapanlardır."

Mənbələr: 
1.İbn Əsakir."Tərcümətul-İmam Əli".2-ci cild,442-ci səhifə.
2.Xəvarizmi Hənəfi."Mənaqib".62-ci səhifə.
3.Hakim Həsəkəni,"Şəvahidut-tənzil",2-ci cild,362-ci səhifə( Beyrut çapı)
4.Kənci Şafii ."Kifəyətut-talib",245 ، 313 ، 314 səhifələr.(Heydəriyyə çapı)
5.Munavi Şafii."Əl-Həqaiq",83-cü səhifə,Hindistan çapı.
6.Siyuti,"Durrul-Mənsur",6-cı cild,379-cu səhifə.
7.İbn Covzi,"TƏzkiratul-Xavas",54-cü səhifə. və s. mənbələr.


Üçüncü hədis : Allah rəsulu(s.a.s) Əli(ə) və şiələri haqqında buyurur:

تأتي يوم القيامة أنت وشيعتك راضين مرضيين ويأتي عدوك غضابا مقمحين . "Qiyamət günü gələndə sən və sənin şiələrin Allahdan razı,Allah da onlardan razı olar.Sənin düşmənin isə əzab içərisində olar və boynuna zəncir bağlanar"Mənbələr:
1.Zərəndi Hənəfi,"Nəzm Durarus-Səmteyn",92-ci səhifə.
2.Qunduzi Hənəfi,"Yənəbiul-Məvəddət",301-ci səhifə,(İstanbul çapı)
3.İbn Sabbəğ Maliki, "Fusul-Muhimmə",107-ci səhifə.
4.İbn Həcər Heysəmi,"Savaiqul-Muharriqa",159-ci səhifə,Misir çapı
5.Muttəqi Hindi,"Kənzul-Ummal" ,15-ci cild,137-ci səhifə, ( Heydəriyyə çapı,ikinci nəşr)
6.Heysəmi,"Məcməuz-zəvaid",9-cu cild,131-ci səhifə ( Bəyrut çapı)
7.Şəbələnci, "Nurul-Əbsar" ,101-ci səhifə ( Osmaniyyə çapı) .



Dördüncü hədis : 
Allah rəsulu (s.a.s) Əli (ə) haqqında buyurur : 

أما ترضى أنك معي في الجنة والحسن والحسين وذريتنا خلف ظهورنا وأزواجنا خلف ذريتنا وشيعتنا عن أيماننا وشمائلنا .

"Razı olmazsanmı ki, sən cənnətdə mənimlə olasan, Həsən və Huseyn və zurriyyətimiz arxamızda,zövcələrimiz zurriyyətimizin arxasında,şiələrimiz sağımızda və solumuzda olsun."
Mənbələr :
1.İbn Həcər Heysəmi, "Savaiqul-Muharriqa",159-cu səhifə,Misir çapı
2.Qunduzi Hənəfi "Yənəbiul-Məvəddə",301-ci səhifə,( İstanbul çapı) və s.

Beşinci Hədis :
Allah rəsulu (s.a.s) Əli (ə) və şiələri haqqında buyurur:

إن الله قد غفر لك ولذريتك وولدك ولأهلك ولشيعتك ولمحبي شيعتك .
"Həqiqətən Allah səni və sənin zurriyyətivi və övladıvı və əhlivi və şiələrivi və şiələrivi sevənləri bağışladı"
Mənbələr : 
1.İbn Həcər,"Savaiqul-muharriqa",96,139,140-cı səhifələr.( Misir çapı)
2.Qunduzi Hənəfi,"Yənəbiul-Məvəddə",2-ci cild,357,452-ci səhifələr və s.
 

Altıncı hədis : 
Allah rəsulu (s.a.s) Əli(ə) və şiələri haqqında buyurur :
أنت وشيعتك في الجنة
"Sən və şiələrin cənnətdəsiz"
Mənbələr: 
1.Xətib Bağdadi, "Tarixu Bəğdəd",12-ci cild, 289-cu səhifə ( Misir çapı)
2.Muttəqi Hİndi, "Muntəxabu Kənzul-Ummal bihamişil-musnəd",5-ci cild, 435-ci səhifə ( Misir çapı)
3.Bərəzənci, "əl-İşəətu fi İşratis-saə" ,41-ci səhifə ( Misir çapı)
4.Şəblənci, "Nurul-Əbsar",131-ci səhifə.
5.İbn Əsəkir, "Tarixu Dəməşq" - "Tərcumətul-İmam Əli",2-ci cild,344-cü səhifə.
 

Yeddinci hədis : 
Allah rəsulu (s.a.s) Əli(ə) və şiələri haqqında buyurur :
مثلي ومثل علي مثل شجرة أنا أصلها وعلي فرعها والحسن
والحسين ثمرها والشيعة ورقها ، فهل يخرج من الطيب إلا الطيب ؟ وأنا مدينة العلم وعلي بابها فمن أرادها فليأت الباب

"Mənim və Əlinin məsəli, ağacın məsəli kimidir.Mən o ağacın gövdəsiyəm,Əli Budağıdır,Həsən və Huseyn bəhrəsidir,şiələr isə yarpaqlarıdır.Yaxşıdan, yaxşıdan başqası əmələ gələrmi? Mən Elmin şəhəriyəm və Əli onun qapısıdır.Kim ( ora daxil olmaq ) istəsə, qapıdan girsin! "
Mənbələr : 1.İbn Əsəkir, "Tarixu DəməşQ"--- "Tərcumətul-İmam Əli",2-ci cild, 478-ci səhifə.(Bəyrut çapı)
2.İbn Həcər Əsqaləni,"Lisanul-Mizən",6-cı cild, 243-cü səhifə ( Heydərabad çapı)
3.Kənci , "Kifəyətul-talib", 98-ci səhifə
4.Zəhəbi, "Mizənul-itidəl",2-ci cild, 281-ci səhifə, ( Qahirə çapı) və s.
 

Allah bizi Allah rəsulunun (s.a.s) sunnətinə ən gözəl şəkildə tabe olanlardan, yəni, həqiqi Əli(ə) şiələrindən qərar versin!
Allah bizi hidayət eləsin! Nemət verdiyi kimsələrin yoluna! Qəzəbə düşar olmuşların və azmışların yoluna yox! 



Əhli-sünnə alimi Qunduzi özünün Yənəbiul-məvəddə əsərinin 1-ci cildinin, 376-cı səhifəsində buyurur : 


قال رسول الله صلى الله عليه وآله وسلم: يا علي ما مثلك في الناس إلا كمثل سورة (قل هو الله أحد) في القرآن من قرأها مرة فكأنها قرأ ثلث القرآن، ومن قرأها مرتين فكأنما قرأ ثلثي القرآن، ومن قرأها ثلاث فكأنما قرأ القرآن كله، وكذا أنت يا علي، من أحبك بقلبه فقد أخذ ثلث الايمان، ومن أحبك بقلبه ولسانه فقد أخذ ثلثي الايمان، ومن أحبك بقلبه ولسانه ويده فقد جمع الايمان كله، والذي بعثني بالحق نبيا، لو أحبك أهل الأرض كما يحبك أهل السماء لما عذاب الله أحدا منهم بالنار.

" ... Rasulullah salləlahu aleyhi və alihi va səlləm buyurdu : Ya Əli! Sənin insanlar arasındakı misalın QUL HUVALLAHU ƏHƏD surəsinin Qurandakı misalı kimidir. Kim onu bir dəfə oxusa sanki Quranın üçdə birini oxuyub. Kim onu iki dəfə oxusa sankı Quranın üçdə ikisini oxuyub. Kim onu üç dəfə oxusa sanki, Quranın hamısını oxuyub. Eləcə də sən Ya Əli! 
Kİm səni qəlbən sevsə İmanın üçdə birinə sahib olar. Kim səni qəlbən və diliylə sevsə imanın üçdə ikisinə sahib olar. Kim səni qəlbi , dili və əli ( yəni, sənin şiələrindən olub sənə kömək edənlərdən olsa - TƏRC. ) ilə sevsə imanın hamısını özündə cəm edib. And olsun məni haqq olaraq peyğəmbər seçənə! Əgər yer əhli səni səma əhlinin sevdiyi kimi sevsəydilər onlardan heç biri cəhənnəmdə ALlahın əzabını dadmazdılar..."

Qeyd : 
Bu məzmunda hədislər şiə mənbələrində də gəlib. 

Комментариев нет:

Отправить комментарий