ON DÖRDÜNCÜ MӘ᾽SUM
IMAM MӘHDI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI Adı: Məhəmməd Ləqəbi: Hadi, Mehdi və Qaim Künyəsi: Әbülqasim Atası: Həzrət imam Həsən Әskəri (ə) Anası: Nərcis XatunTəvəllüdü: 256-cı Hicri ili
TӘVӘLLÜDÜ On ikinci imamın pak vücudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şə᾽ban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı. Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan imam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər. Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Fir᾽on o qədər güc və iqtidarına hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fir᾽onu sayılan Abbasi xəlifəsi Mö᾽təmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, imamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar.
imam Mehdi ə.sin vilayətini etiraf edən əhli sünnə alimlərindən bəziləri
BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ
Bilindiyi kimi Şiələr və sünnilər arasında Nəbi s.a.anın soyundan 12 böyük imamın olduğu ittifaq ilə qəbul edilməkdə və mütevadir olaraq bilinməkdədir. Şiə və Sünnilər arasında bu mövzudakı fərq onların imaməti və bu imamlardan ə.s sonuncusu olan imam Mehdi ə.sin gaybeti mövzusudur. Belə ki, sünnilər də Şiələr kimi 12-ci imamın dünyaya gəldiyini qəbul edirlər lakin Şiələrdən fərqli olaraq onlar 12-ci imamın gabete girdiyini qəbul etmir və onun ölmüş olduğunu söyləyirlər. Lakin nəsibilər (vəhabilər) isə bu mövzuda həm Şiələrə və həm də Sünnilərə müxalif çıxaraq əslində 12-ci imamın dünyaya gəlmədiyini və bu mövzunun Şiələr tərəfindən uydurulmuş olduğunu iddia edirlər. Əlbəttə ki, onların iddiasının bir ağcaqanad qədər belə dəyəri yoxdur amma biz bu və bənzəri yalanlara yumruq olsun deyə şəxsən nəsibilərin öz rical və tarix alimlərinin bəyanları ilə 12-ci imamın dünyaya gəlmiş olduğunu ortaya qoyacağıq. Bu mövzuda kitablarından götürmə edə biləcəyimiz onlarla sünni və nəsibi tarix və rical alimi var, lakin biz bunlar arasından ən məşhurlarını seçəcəyik.
1. ibni Əsir: əhli sünnə nəzdində böyük rical və tarix alimidir, "Esedul Ğabe" adlı rical və "əl-Kamil fit Tarix" adlı tarix kitabları məşhurdur. ibni Əsir "əl-Kamil fit Tarix" adlı kitabında imam Həsən əl-Əsgəri ə.sin vəfatı haqqında məlumat verərkən deyir ki:
şəkildə gördüyünüz ibni Əsirin "əl-Kamil fit Tarix" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:
وهو أبو محمد العلوي العسكري وهو أحد الأئمة الاثني عشر على مذهب الامامية ، وهو والد محمد الذي يعتقدونه المنتظر بسرداب سامرا وكان مولده سنة اثنتين وثلاثين ومائتين
imamiyye Məzhəbinin on iki imamından biri olan Əbu Məhəmməd əl-Şiə əl-Əsgəri də bu ildə vəfat etmişdi. O, Samerra serdabına girən və imamiyye məzhəbin tərəfindən bir gün zühur edəcəyinə inanılan Məhəmmədin atası idi. imam əl-Əsgəri 232-ci hicri ilində dünyaya gəlmişdi.
ibni Əsir, "əl-Kamil fit Tarix", 7/226-228
mən deyərəm ki: ibni Əsir bu sözləri ilə imam Mehdi ə.s-in dünyaya gəlmiş olduğunu təsdiqləməkdədir.
2. Fəxri ər-Razi: böyük əhli sünnet alimidir, "Mefahitul Qeyb" adlı təfsir kitabı çox məşhurdur, etiqadda Eşari, fiqhdə Şafei məzhəbinə mənsubdur. "Mefahitul Qeyb" adlı kitabında Şiənin imamet haqqında dəlil olaraq təqdim etdiyi ayələrin təfsirində və başqa bir çox yerdə bolca Şiəyə söyüb, lənətləməkdədir. Budur bu şəxs Nəbi s.a.anın mübarək soyu haqqında yazmış olduğu kitabında deyir ki:
şəkildə gördüyünüz Fəxri er-Razinin "Şecereh Mübarəyə…" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:
أولاد الإمام العسكري علیھ السلام
أما الحسن العسكري الامام فله إبنان وبنتان أما الابنان فأحدهما صاحب الزمان عجل الله فرجه الشريف
imam Həsən əl-Əsgəri əleyhissalamın övladları: Həsən əl-Əsgəri imamdır, onun 2 oğulu və 2 qızı vardı. oğullarından biri "Sahib ez-Zaman"dır, Allah şərəfli zühurunu təcili etsin.
Fəxri ər-Razi, "Şecereh Mübarekeh…", səhifə 78-79
3. Sıbt b. Cevzi: böyük əhli sünnə alimidir, "Tezkiretul Havvas" adlı kitabı məşhurdur.
şəkildə gördüyünüz Sıbt b. Cevzinin "Tezkiretul Havvas" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:
محمد بن الحسن بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب وكنيته أبو عبد الله وأبو القاسم وهو الخلف الحجة صاحب الزمان القائم والمنتظر والتالي وهو آخر الأئمة ، وقال : ويقال له ذو الإسمين محمد وأبو القاسم قالوا : أمه أم ولد يقال لها صقيل
bu Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (en-Naki) b. Məhəmməd (et-Taki) b. Əli (ər-Rıza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadık) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Seccad) b. Hüseyn (eş-Şəhid) b. Əli (əl-Murtaza) b. Əbu Talibdir ə.s və ləqəbləri Əbu Abdullah və Əbul Qasimdir və O əl-Xələf əl-Hüccet və Sahib əz-Zaman, Qaim əl-Muntazar və son imamdır.
Sıbt b. Cevzi, "Tezkiretul Havvas", səhifə 383
4. əz-Zehebi: əhli sünnə və nəsibilər nezdində böyük hədis, rical və tarix alimidir, biografi ilə əlaqədar bir çox kitab yazmışdır, hədis və rical sahəsində tərəddüdsüz hüccet və nüfuzdur. əz-Zehebi 2 kitabında imam Mehdi ə.s haqqında məlumat verməkdə və onun dünyaya gəlmiş olduğunu təsdiqləməkdədir.
şəkildə gördüyünüz ez-Zehebinin "Siyeri Aləm en-Nubela" adlı rical kitabıdır, işarələnilmiş yerdə əz-Zehebi deyir ki:
المنتظرالشريف أبو القاسم محمد بن الحسن العسكري ابن علي الهادي ابن محمد الجواد ابن علي الرضى ابن موسى الكاظم ابن جعفر الصادق ابن [ ص: 120 ] محمد الباقر ابن زين العابدين بن علي بن الحسين الشهيد ابن الإمام علي بن أبي طالب ، العلوي الحسيني .خاتمة الاثني عشر سيدا
əl-Muntazar eş-Şərif Əbul Qasim Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (en-Naki) b. Məhəmməd (et-Taki) b. Əli (ər-Rıza) b. Musa (əl-Kazim) b. Cəfər (es-Sadiq) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Seccad) b. Hüseyn eş-Şəhid b. imam Əli b. Əbu Talib əl-Şiə əl-Haşimi, 12 Seyidin sonuncusu.
əz-Zehebi, "Siyer", 13/119-120
yenə əz-Zehebi bir başqa kitabı olan "Tarix el-islam"da da imam Mehdi ə.sin dünyaya gəlmiş olduğunu bildirir.
şəkildə gördüyünüz ez-Zehebinin "tarix əl-İslam" adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:
الحسن بن علي بن محمد بن علي الرضا بن موسى بن جعفر الصادق. أبو محمد الهاشمي الحسيني أحد أئمة الشيعة الذين تدعي الشيعة عصمتهم. ويقال له الحسن العسكري لكونه سكن سامراء، فإنها يقال لها العسكر. وهو والد منتظر الرافضة. توفي إلى رضوان الله بسامراء في ثامن ربيع الأول سنة ستين، وله تسع وعشرون سنة. ودفن إلى جانب والده. وأمه أمة.) وأما ابنه محمد بن الحسن الذي يدعوه الرافضة القائم الخلف الحجة، فولد سنة ثمان وخمسين، وقيل: سنة ست وخمسين. عاش بعد أبيه سنتين ثم عدم، ولم يعلم كيف مات. وأمه أم ولد. وهم يدعون بقاءه في السرداب من أربعمائة وخمسين سنة، وأنه صاحب الزمان، وأنه حي يعلم علم الأولين والآخرين، ويعترفون أن أحد لم يره أبداً، فنسأل الله أن يثبت علينا عقولنا وإيماننا
Həsən b. Əli b. Məhəmməd b. Əli ər-Rıza b. Musa b. Cəfər əs-Sadiq, Əbu Məhəmməd əl-Haşimi əl-Hüseyni, şiənin imamlarından biridir, (Şiələr) ona Əsgəri deyirlər. O Rafizilerin "Muntazar" imamlarının atasıdır. O r.a Samirrada vəfat etdi, atasının yanında defn edildi. Onun (imam Həsən Əsgərinin) oğulu Məhəmməd b. Həsənə gəlincə, Rafiziler onu "Qaim", "əl-Xələf əl-Hüccet" deyə adlandırırlar. O hicrətin 258-ci ilində dünyaya gəlmişdir, bəziləri 255 demişdir.
əz-Zehebi, "Tarix əl-İslam", 19/113
5. ibni Həcər əl-Askalani: böyük əhli sünnə alimidir, hədis və rical alalnında bir çox kitab yazmışdır, "Fethul Bari" adlı "Səhihi Buxari" şərhi məşhurdur. ibni Həcər imam Həsən əl-Əsgəri ə.sin qardaşı Cəfər əl-Kezzab haqqında məlumat verərkən deyir ki:
şəkildə gördüyünüz ibni Həcərin "Dil əl-Mizan" adlı rical kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:
جعفر بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب الحسيني أخو الحسن الذي يقال له العسكري وهو الحادي عشر من الأئمة الإمامية ووالد محمد صاحب السرداب
Cəfər b. Əli (en-Naki) b. Məhəmməd (et-Teqi) b. Əli (ər-Rıza) b. Musa (Kazim) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (Baqir) b. Əli (əs-Seccad) b. Hüseyn (eş-Şəhid) b. Əli (əl-Murtaza) əl-Haşimi. Həsən əl-Əsgərinin qardaşıdır. Həsən əl-Əsgəri imamiyye (məzhəbinin) imamlarından biri və "Sırdab Sahibi" Məhəmmədin atasıdır.
ibni Həcər, "Dil əl-Mizan", 2/119, 493-cü ravi
Комментариев нет:
Отправить комментарий