суббота, 21 апреля 2012 г.

Azanda olan sözlər nə zaman azana əlavə olub və nə üçün

Bismillahir-rəhmanir-rəhim.
1- “الصلاة خيرٌ من النوم” (Namaz yatmaqdan xeyirlidir) əhli sünnənin rəvayətlərinə əsaslanaraq bu bənd Peyğəmbər (s)-dən sonra Ömərin zamanında azana daxil edilib:

A-Malik deyir:
ان المؤذن جاء الي عمر بن الخطاب يؤذنه الصلاة الصبح فوجده نائما فقال "الصلاة خير من النوم" فأمران يجعمها في نداء الصبح .
“Müəzzin sübh namazının vaxtını bildirmək üçün Ömərin yanına gəlib onu yatmış görüb dedi: “Namaz yatmaqda xeyirlidir.” Sonra Ömər bu cümləni sübh azanında deməsini əmr etdi.”
“Əl-müvəttəə”, 1-ci cild, səh: 71.

B- İbn Rüşd Qurtubi deyir:
“Əhli sünnə fəqihləri “الصلاة خير من النوم” ibarətində ixtilaf ediblər ki, sübh azanında deyilsin yoxsa yox? Cümhur əhli sünnə müsbət nəzər veriblər bəzi digərləri isə mənfi cavab verib və deyiblər:
سبب اختلاف اختلاف: هل قيل ذلك في زمان النبي (ص) او إنما في زمان عمر .
Azanda müstəhəb deyil və bu Şafeinin nəzəridir ixtilafa səbəb budur ki, bu cümlə peyğəmbərin zamanında deyilib yoxsa Ömərin?”
“Bidayətul-müctehid”, 1-ci cild, səh: 106.

V- İbn Həzm deyir:
الصلاة خير من النوم لا نقول بهذا ايضاً لانه لم يأت عن رسول الله (ص) .
“Biz bu bəndi azanda demirik, çünki peyğəmbərdən gəlib yetişməyib.”
“Əl-mühəlla”, 3-cü cild, səh: 161.

Q- İbn Cürreyh (bütün əhli sünnə onun düzgünlüyünü qəbul edir) deyir:
“Səd ibn Əbi Vəqqas ilk şəxs idi ki, bu bəndi Ömərin xilafəti zaman azana əlavə etdi.”
“Əl-müsənnif”, müəllif: Əbdül Rəzzaq, 1-ci cild, səh: 472.

2- “حَيَّ علي خَيرِ العمل” cümləsi azanın bir bəndi olmuşdur. Səhih hədisə əsaslanaraq İbn Ömər, Səhl ibn Hənif və Zeyd ibn Ərqəm (bunların üçüdə peyğəmbərin səhabəsidir) öz azanlarında bu cümləni deyirdilər.
“Əl-mühəlla”, 3-cü cild, səh: 160.
Bihəqi də imam Zeynül-Abidin (ə)-dan rəvayət nəql edir və deyir ki, həzrət bu cümləni azanda deyib və buyurardı:
“İlk dəfə deyilən azan belə idi.”
“Əs-sünənul kubra”, 1-ci cild, səh: 624.
Həmçinin Həsən ibn Yəhya (vəfatı 463) və Şafei (iki nəzəriyyəsinin birində) bu cümləni azanda deyirdilər.
“Neylul ovtər”, 2-ci cild, səh: 39. Əlbəttə bu nov bəhs əhli sunnənin nəzərincədir.
3- Üçüncü şəhadət “اَشْهَدُ اَنَّ عَلِيّاً وَلِيُّ الله” şiə fəqihlərinin məşhur nəzəriyyəsi budur ki, azanın bir hissəsi hesab olunmur və onun bir hissəsi niyyətilə deyilmir. Amma əhlibeyt (ə)-ın bir çox rəvayətlərindən istifadə olur ki, iki şəhadətdən sonra həzrət Əli (ə)-ın vilayətinə şəhadət vermək müstəhəbdir. Mərhum Ayətullah Xoi bu şəhadətin azanda gətirilməsinin üstün olmasının sübutlarını nəql etdikdən sonra deyir:
و ان كان الاتيان بها فيه بقصد الجزئية بدعة باطلة و تشريعا محرماً .
“Əgər azanı bir hissəsi niyyətilə deyilsə bidət, batil və haramdır.”
“Müstənədul-şiə”, 2-ci cild, səh: 288.
Hacı İlham Əliyev
İlahiyyatçı

 http://www.islammaarifinde.com/?page=CN&SubjectId=4&txtId=303 )



Комментариев нет:

Отправить комментарий