среда, 12 февраля 2014 г.

Şeyx Zəkəriyədən sələfilərə(vəhhabilərə) rəddiyələr

            Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:

                      Şeyx Zəkəriyə - rəddiyələr (video formatında)


Şübhələrə cavab silsiləsindən: Kərbəla torpağının şəfası

Sələfi saytları və TV kanallarında tez-tez müşahidə edilir ki, İmam Hüseynin (ə) türbətinin hər dərdin şəfası olmasına şiələrin etiqad bəsləmələri şirk amili və gülüş obyekti kimi təqdim edilir. Allahın iznilə bu kitabçada sözügedən şübhələr cavablandırılmışdır.

Ömər bin əl-Xəttab və Ümmü Gülsümün nigahı (elmi araşdırma)

İslam tarixi mənbələrində, xüsusi ilə şiə dünyasında danışılanlara görə ikinci xəlifə Ömər bin əl-Xəttab ilə Əmir əl-möminin İmam Əli bin Əbi Talib (ə) arasında bir çox ixtilaflar yaşanıb. Deyilənlərə əsasən, onların ixtilafı Allah Rəsulunun (s) yeganə qızı və ciyər-parası xanım Fatimənin (ə) şəhadətindən sonra  düşmənçilik həddinə çatmışdır.
Başqa bir tərəfdən isə bəzi tarixçilərin yazdığı iddialara  görə, İmam Əli bin Əbi Talib (ə) öz qızı Ümmü Gülsümü Ömər bin əl-Xəttaba ərə verərək dostluqlarını yenidən bərpa etmişdir. Bu iki iddia hər iki məzhəbin gündəmini məşğul edərək, bir çox mübahisələrə yol açmışdır.
Elə bu səbəbdən biz də bir müsəlman olaraq iki məzhəb arasında yaranan ixtilafı aradan qaldırmaq və bu qaranlıq mövzunu aydınlatmaq naminə istər şiə, istərsə də əhli-sünnə mənbələri əsasında araşdırma aparmaq qərarına gəldik.

Mirzə Fərdi - İmam Məhdinin(ə) gəlişinə hazırıq?

                   Mirzə Fərdidən gözəl bir çıxış - Biz İmam Məhdinin(ə) gəlişinə hazırıq ?
                                            
                                                     (mütləq izləniləsi bir videodur)