пятница, 7 марта 2014 г.

Ayətullah Vəhid Xorasaninin çıxışları

Ayətullah Vəhid Xorasaninin bizim dilə və Türk dilinə tərcümə olunmuş çıxışlarını Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz:



 Həyatı haqqında qısa məlumat:

Şeyx Vəhid Xorasani 1 dekabr 1921 (hicri-şəmsi 1300-cü) ildə Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur. Ayətullahul-uzma Şeyx Vəhid Xorasani dövrümüzün əzəmətli fəqihlərindən biridir. İranda, İraqda, Azərbaycanda və bir çox qərb ölkələrində müqəllidləri vardır. Ustadın "Tovzihul-məsail" risaləsi dilimizə tərcümə olunmuşdur.


Комментариев нет:

Отправить комментарий