Bütün Əhli Sünnə və Şiə təfsirçi, muhaddis və müverrihlərin icmasına görə Qədir Xum hadisəsi Həzrəti İmam Əli (ə.s) haqqında belə reallaşmışdır: Hicrətin 10-cu İlində Rəsuli Əkrəm (s. a. a) vida həccindən dönərkən Maidə surəsi 67-ci Ayəsindəki, Allahın əmri istiqamətində 70 min və ya 120 min hacının hüzurunda Qədir Xum deyilən ərazidə, Hz. Əlinin özündən sonra, xilafət, vilayət və imamətini elan etmişdir.
Mərhum Allame Əmini "Əl- Gadir" adlı əsərinin 1-ci cildinin 14-cü Səhifəsindən 61-ci Səhifəsinə qədər Gadiri Hum hadisəsini nəql edən 110 səhabənin adını zikr etmişdir. Bunun yanında 84 dənə tabeindən və 361 dənə də Əhli Sünnə alimlərindən nəql etmişdir.
Bu hadisəni nəql edən Əhli Sünnə qaynaqlarından bəziləri bunlardan ibarətdir;
1- Menakibi İbni Meğazili, s. 27
2- Süneni Tirmizi, c. 5, s. 591
3- Təfsiridir-Ril Mensur, c. 2, s. 528
4- Müsnedi Əhməd b. Hənbəl, c. 5, s. 355
5- Təfsiri Fəxri Razi, c. 11, s. 28
6- Təfsiri Taberi, c. 4, s. 278
7- Təfsiri Keşşaf, c. 1, s. 649
8- Kenz-ul Ummal, c. 6, s. 154-390
9- Səhihi Müslim, c. 2, s. 325
Bəzi Əhli Sünnə alimləri Gadiri Hum hadisəsini inkar edə bilmədikləri üçün "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır." Hədisindəki mövla sözünü və bu hədisi təhrif etməyə çalışmışlar və hədis də keçən mövla sözünü "Dost" mənası ilə eyni tutmuşlar.
Bu mənaya sarılanlar Hz. Əli (ə.s) haqqındakı tarixi bir gerçəyi inkar və rədd edə bilmədikləri üçün günəş palçıqla suvanar zehniyyəti ilə belə bir cəhd də tapılmışlar. Bu zehniyyət və tahrifata cavab vermədən əvvəl, Ərəb dilində mövla sözünün hansı mənalara gəldiyini zikr etsək daha məqsədəuyğun olar. Mövla sözü ərəb lüğətində ümumiyyətlə on dənə məna ifadə edər.
1- Malik, 2- Kölə, 3- Dost, 4- Köməkçi (sözləşmək), 5- Başqasının əliylə Müsəlman olan, 6- Ərəb olmayan, 7- Evla- ixtiyar sahibi, 8- Əmi oğulu, 9- Qonşu, 10- İki andçı,
Hədis içərisində keçən mövla sözünü yuxarıdakı lüğət mənalarına söykən və bir neçə dəlilə görə evlə yəni qoca sahibi mənasında istifadə edə bilərik.
Dəlil: Hədisin baş qisimində Peyğəmbər belə buyurur; "Mən Möminlərə öz nəfslərindən daha evla (ixtiyar sahibi) deyiləmmi."? Ağılı və nəqli dəlillərə görə Peyğəmbər Möminlərə nəzərən ixtiyar sahibidir. Çünki Allahu Təala Əhzab surəsinin altıncı ayəsində belə buyurur; "Peyğəmbər Möminlərə öz canlarından daha yaxındır."
2. Dəlil: Gadiri Hum da mövzu ilə əlaqədar nazil olan ayə Maidə surəsinin 67. Ayəsidir. Çünki insanların dostu olmaq onların qarışıqlıq və fəsad çıxarmasına səbəb olmaz. Elə isə niyə Peyğəmbər bu əmri təbliğ etməkdən narahatlığa qapılmışdır. Çünki bunun müqabilində uca Allah Rəsuluna bu əmri yerinə yetirmədiyin müddətcə Risalət vəzifəsini ifa etməmiş olacaqsan, deyə buyurmuşdur.
3. Dəlil: Maidə surəsi üçüncü ayədə Allahu Təala belə buyurmuşdur; "Bu gün sizin dininizi kamala çatdırdım və nemətimi sizlərə tamamladım və sizin üçün İslam dinini seçdim, razı oldum."
Çünki dostu və köməkçini insanlara eşitdirmək dinin kamala çatmasına, nemətin tamamlanmasına və Allahın İslam dininə razı olmasına səbəb olmaz.
4. Dəlil: Gadiri Hum hadisəsinin reallaşma şəklidir. Peyğəmbərin bir dostunu tanıtmaq məqsədi ilə 120 min adamı müsaid olmayan bir yerdə və günəşin yandırıcı istisi altında toplaması mümkün ola bilməz. Çünki ora bir səhra ortası idi. Hətta bu vəziyyətin səbəbini anlayana qədər, insanlar belə qarışıqlıq içərisində idilər.
Birdə bu nöqtəyə işarə olunsa məqsəd və hədəf ortaya çıxacaq. Oda budur; sanki Peyğəmbər daha əvvəl Əlini sevdiyini və onun dostu olduğunu açıqlamamışdır! Allahu Təala Tövbə surəsinin 71. Ayəsində belə buyurur; "Mömin kişilərlə Mömin qadınlar da bir-birlərinin vəliləridir." (Dostlarıdır.)
Bu ayədən sonra Rəsulullahın o qədər insanı, təkcə dostunu elan etmək, eşitdirmək üçün yığmış olması mümkün deyil və belə bir məqsədlə bunu etmək səhvdir. Rəsulullah da səhv və Allahın hökmü xaricində bir şey etməyəcəyinə görə məsələ dostu tanıtmaqdan çıxmış ilahi əmri təbliğ etmək aşkar olmuşdur.
5. Dəlil: Məaric surəsinin birinci ayəsinin nüzul səbəbinə baxıldığında, hədisdə keçən mövla sözünün dost mənasında olmadığı aydın olar.
Məaric surəsinin birinci ayəsi Həris b. Numanı Fəxri haqqında nazil olmuşdur. Ayənin nazil olma səbəbi qısaca bundan ibarətdir.
Hz. Peyğəmbər (s. a. a) Əfəndimiz Gadiri Hum vadisində insanların gözləri qarşısında Hz. Əli (ə.s) haqqında "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır." Sözünü buyurduqdan sonra, bu xəbər diyarlara və şəhərlərə yayıldı. Bunun üzərinə Həris b. Numan Peyğəmbər əfəndimizin hüzuruna gələrək belə dedi; Sən bizə Allahın vahidliyinə və öz Rəsulluğuna dair şahidlik gətirməmizi əmr etdin, bizdə qəbul etdik və şahidlik gətirdik. Sonra bizi Cihada, Həccə, Oruca, Namaza və Zəkata əmr etdin bunları da qəbul etdik. Amma sən bunlara razı olmadın qalxdın birdə bu gənci (Əlini) özünə xəlifə təyin etdin və "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" dedin. Görəsən bu söz sən tərəfdəndirmi yoxsa Allah tərəfindəndirmi.?
Peyğəmbər buyurdu ki; Özündən başqa məbud olmayan Allaha and olsun ki bu söz Allah tərəfindəndir. Həris b. Numan Peyğəmbərdən üzünü çevirərək belə danışmaqa başladı; Ya Rəbbi əgər bu söz haqq isə öz tərəfindən bizə göydən daş yağdır. Bu əsnada göydən bir daş düşmüş və nəticədə Həris b. Numan ölmüşdü. Bu hadisəyə görə Məaric surəsinin 1. Ayəsi nazil olmuşdur; "İstəyən biri, istədi gəlib çatacaq əzabı. "Mecme-ul Beyan, c. 10, s. 352
Yuxarıda ki hadisəni Əhli Sünnə təfsirçiləri və ravileri də az fərqliliklərlə nəql etmişlər. Allameyi Əmini Əl- Gadir adlı əsərində, yuxarıda ki hadisəni Əhli Sünnənin qabaqda gələn tanınmış otuz dənə alimindən nəql etmişdir. Onlardan bəziləri bunlardan ibarətdir:
1- Təfsiri Garib-ul Quran, Hafiz Əbu Ubeyd Herevi
2- Təfsiri Şifa-us Südur, Əbu Bəkir Nekkaş Musuli
3- Təfsiri Əl- Kəşf-u Vəl Bəyan, Əbu İshak Saləbi
4- Təfsiri Kurtubi, Əbu Bəkir Yəhya
5- Feraid-us Simtayn, Hemuyeni
6- Dürer-us Simtayn, Məhəmməd Zerendi
7- Sirac-ul Munir, Şemsuddin Şafeii
8- Sire-i Halebi
9- Nür-ul Ebsar, Şeblenci
10-Şerh-u Cami-us Sağar, Siyuti - El- Gadir, c. 1, s. 239-246
Bu rəvayətdən və hadisədən aydın olan budur ki, Peyğəmbərin hədisindəki mövla sözü dost mənasında deyil.
6. Dəlil: Hz. Əli (ə.s) Gadiri Hum da ki hədisi Şuradakılara zikr edərkən Şuradakıların hamısı bunu qəbul etmiş və hədisdəki mövla sözünün dost mənasında olduğunu müdafiə etməmişdir.
7. Dəlil: Hessan b. Sabitin bu hadisənin müteakibinde Rəsulu Əkrəmdən icazə istəyib bu şeiri oxumasıdır.
Gadir günü onların Nəbisi onlara səs etdi
Dinlə Hum da səs edən Resulu
Buyurdu ki sizin mövlanız və vəliniz kimdir?
Malik bizim mövlamızdır və sən bizim Nəbimizsən.
Peyğəmbər ona dedi ki, qalx ya Əli
Doğrusu mən özümdən sonra sənin
İmam və Hadi olmağına razı oldum.
Elə isə mən kimin mövlasıyamsa buda onun mövlasıdır.
Sizlər ona sadiq itaətçilərdən və yaxşı dostlardan olun.
Orada Rəsul onu sevənləri sevməyə dəvət etdi.
Və ona düşmən olanlara, düşmən olmağı əmr etdi.
Bu şeirin əvəzində Rəsulullah (s. a. a) Hessana xeyir-dualar etdi. Əgər mövla dost mənasında olsa idi, Peyğəmbər Hessana xeyir-dualarında etməz, əksinə onu xəbərdarlıq edərdi. Çünki Hessan oxumuş olduğu şeirin bir hissəsində belə deyir; Rəsulullah Əliyə belə dedi; Qalx ya Əli, özümdən sonra sənin imam və Hadi olmağına razı oldum.
Zikrolunan yeddi dəlildən aydın olan budur ki, inkar edilməsi mümkün olmayan Gadiri Hum hadisəsindəki Peyğəmbər əfəndimizin Hz. Əli (ə.s) haqqında buyurmuş olduğu hədisdəki mövla, dost mənasında deyil də, evla - ixtiyar sahibi mənasındadır. Amma çox təəssüf ki, Əməvi əlləri və zehniyyəti bu tarixi gerçəyi də inkar edə bilmədikləri üçün belə bir təhrif boş sözünə düşmüşlər.
Oxuculara işıq tutması ümidiylə.....
Mənbə: Mehdi Aksu "Doğruya gedən yol"

MÖVLA SÖZÜNƏ ETİRAZ

Qədir Xum və Mövla kəlməsinin mənası
Комментариев нет:
Отправить комментарий