суббота, 26 мая 2012 г.

Əhli-sünnə imamları -Əbu Hənifənin donuz əti barədə fətvası


Əbu Hənifənin donuz əti barədə fətvası

 
أخبرنا محمد بن القاسم بن حاتم قال : حدثنا محمد بن داود السمنانى قال : حدثنا ابن المصفى قال : حدثنا سويد بن عبد العزيز قال : جاء رجل إلى أبى حنيفة فقال : ما تقول فيمن أكل لحم الخنزير ؟ فقال : لا شئ عليه 

Bir kişi Əbu Hənifənin yanına gəlib soruşdu:
    - Donuz əti yeyən adam barəsində nə deyirsən?
    - Heç bir eybi yoxdur - deyə Əbu Hənifə cavab verdi".

Muhəmməd b. Hibban əs-Sicistani, əl-Məcruhin, c.3, s.73; Dar əl-Vay - Hələb; təhqiq: Mahmud İbrahim Zayəd

Onlayn mənbə 1: islamport, 3/73, #1127
Onlayn mənbə 2: shamela, 3/73














Fotoşəkil: Muhəmməd b. Hibban əs-Sicistani, əl-Məcruhin, c.3, s.73; Dar əl-Marifə - Beyrut; təhqiq: Mahmud İbrahim Zayəd

Kitabı yükləmək üçün: ÜNVAN


                  

суббота, 12 мая 2012 г.

Sünni hədisləri » Təbərrük » İmam Hüseyn (ə.s) vasitəsilə şəfa


Əhli-sünnə alimi Cəfər əl-Xuldinin şəfa tapması

 
سمعت أحمد يقول: سمعت أبا بكر يقول: سمعت الخلدي يقول: كان في جرب عظيم كثير، قال: فمسحت بتراب قبر الحسين، قال: فغفوت فانتبهت، وليس علي منه شيء

Əhmədin belə dediyini eşitdim: eşitdim ki, Əbi Bəkr dedi: əl-Xuldinin belə dediyini eşitdim: "Bədənimdə çox sayda böyük yaralar var idi. Həmin nahiyəni Hüseynin qəbrinin torpağına sürtdüm və yatdım, ayıldığımda həmin yerdə heç bir yaranın izinin qalmadığını gördüm."

əl-Mubarək b. Əbdül-Cabbar ət-Tuyuri, ət-Tuyuriyat, c.3, s.912, №847; "Adva əs-Sələf" nəşriyyatı - 1425/2004; təhqiq: Dəsman Yəhya əl-Maali və Abbas Saxr əl-Həsən

Onlayn mənbə 1: islamport, 10/47, #847

Kitabın mühəqqiqləri bu rəvayətin sənədindəki ravilərinin hamısının etibarlı olduğunu qeyd ediblər.













Fotoşəkil: əl-Mubarək b. Əbdül-Cabbar ət-Tuyuri, ət-Tuyuriyat, c.3, s.912, №847; "Adva əs-Sələf" nəşriyyatı - 1425/2004; təhqiq: Dəsman Yəhya əl-Maali və Abbas Saxr əl-Həsən

Kitabı yükləmək üçün: ÜNVAN


Biz hər ehtimala qarşı ravilərlə və kitabın müəllifi ilə sizləri tanış etmək qərarıına gəldik.

1. Əbul-Hüseyn əl-Mubarək b. Əbdül-Cabbar əs-Seyrəfi əl-Bağdadi ət-Tuyuri - sözügedən kitabın müəllifidir. 

əz-Zəhəbi onu bu cür vəsf etmişdir:  "Şeyx, imam, mühəddis və faydalı şəxsiyyətdir." (Siyər əlam ən-nubəla, c.19, s.214

2. Əhməd: O, Əhməd b. Muhəmməd b. Əhməd əl-Atiqi əl-Bağdadidir. 

əz-Zəhəbi onu bü cür vəsf edib: "İmam, mühəddis, siqə (etibarlı) şəxsidir." (Siyər əlam ən-nubəla, c.17, s.603)

3. Əbu Bəkr: O, Muhəmməd b. əl-Həsən b. Abdan əs-Seyrəfidir. 

Xətib əl-Bağdadi yazır: Ubeydullah b. Əhməd b. Osman əs-Seyrəfi ondan rəvayət etdi və onun barəsində soruşuldu. Mən dedim: O siqədir?  Cavab verdi: Siqədən də üstündür.  (Tarixi Bağdad, c.2, s.619, №598)

4. əl-Xuldi: O, Cəfər b. Muhəmməd b. Nasir Abu Muhəmməd əl-Bağdadi.

Xətib əl-Bağdadi onu siqə və düzdanışan, həmçinin fəzilətli şəxslərdən olduğunu bildirmişdir. (Tarixi Bağdad, c.8, s.145)

əz-Zəhəbi dedi: şeyx, imam, nümunəvi şəxs, muhəddis və sufilərin şeyxidir. (Siyər əlam ən-nubəla, c.15, s.559)

İbn əl-Cəvzi də onun siqə və doğrudanışan olduğunu bildirmişdir. (əl-Muntəzəm tarixul-mulk vəl-umam, c.4, s.198)




пятница, 4 мая 2012 г.

NƏ ÜÇÜN DƏSTƏMAZ ALDIQDA, AYAQLARI YUMAMAQ-MƏSH ÇƏKMƏK LAZIMDIR?

Sual: Nə üçün Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmaz alarkən, ayaqlarını yuyur, Əhli-beyt məzhəbinin ardıcılları isə məsh cəkirlər?

Cavab: Bu suala cavab verməzdən əvvəl, bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1-Bütün müsəlmanlar (həm Əhli-sünnə, həm də Əhli-beyt məzhəblərinin ardıcılları) Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə əməl etməyə çalışırlar. 

Allah-taala müqəddəs Quranda buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.

Müsəlmanlar arasında mövcud olan ixtilaf və fikir ayrılığı isə onların hər hansı bir məsəsləni müxtəlif cür başa düşmələrindən irəli gəlir. Qeyd olunmuş ayə də o məsələlərdən biridir.

2-Hal-hazırda Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmazda ayağı yumağı vacib bilirlər. Fəxri Razi bu ayənin (فاغسلو وجوهكم) təfsirində belə yazır:

"Dəstəmazda ayağı yumaq, yoxsa məsh etmək haqqında dörd nəzər söylənilib:

A. Ayağı yumaq lazımdır; 

B. Məsh etmək lazımdır;

C. Ya məsh etmək və yaxud yumaq lazımdır;

D. Həm məsh etmək və həm də yumaq lazımdır;

3-Əhli-sünnə məzhəbinin rəvayətləri arasında əksər rəvayətlər yumağa dəlalət etsə də, bəzi rəvayətlər məsh çəkməyi lazım bilirlər. Təbəri öz təfsir kitabında bu barədə 10 hədis nəql edir ki, o hədislərin birində İbn Abbas deyir: 

الوضو غسلتان و مسحتان

«Dəstəmaz iki yumaq (üz və əllər) və iki məshdən (baş və ayaqlar) ibarətdir».Təfsiri Təbəri, 6/82.

Həmçinin, Ənəs, Əkrəmə, Şəbi, Amir və Qutadənin dediklərinə əsasən; -«Dəstəmazda ayaqları yumaq yox, məsh cəkmək lazımdır».Təfsiri Təbəri, 6/82.

Dəstamaz barəsində istinad edilən ayə belədir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.

Əhli-sünnə alimlərinin fikrincə, «ارجلكم» sözü «وجوهكم» sözünə ətf olunmuşdur. Belə ki, «وجوه» - yəni üzlər yuyulmalı olduğu kimi, «ارجل» - yəni ayaqlar da yuyulmalıdır.

Lakin, Əhli-beyt məzhəbi alimlərinin fikrincə, «ارجلكم» (ayaqlarınız) sözü, «رُءُوسِكُمْ» (başlarınıza) sözünə ətf olunur və «رُءُوسِ» (başlar) məsh olunduğu kimi, «ارجل» (ayaqlar) da məsh olunmalıdır. Onlar deyirlər ki, «ارجلكم» (ayaqlarınız) sözü «رُءُوسِكُمْ» (başlarınız) sözünün yanındadır və ərəb qrammatikasına əsasən, o, ən yaxın sözə - «رُءُوسِكُمْ» sözünə ətf olunmalıdır. Buna görə də ayaqlara məsh çəkilməlidir. 

Burada cavab verilməsi lazım olan bir sual meydana çıxır:

Əgər Əhli-beyt məzhəbi alimlərinin dediyi kimi, «ارجلكم» (ərculəkum) sözü, «رُءُوسِكُمْ» (ruusikum) sözünə ətf olunmuşsa, bəs nəyə üçün məcrur yəni, "ərculikum" deyildir? 

Bu sualın cavabı ərəb qrammatikasıyla tanış olanlara məlumdur. Ərəb qrammatikasında iki növ ətf vardır: 

1-Zahirə olunan ətf;

2-Məhəllə olunan ətf.

Məlum olduğu kimi, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü, "وامسحوا" (vəmsəhu) felinin məfuludur (tamamlığıdır) və əvvəlində gələn "bi" şəkilçisi isə zaiddir. 

Həmçinin, bütün məfullar mənsub olmalıdır. Əgər, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü əvvəlinə "bi" şəkilçisi gəldiyi üçün zahirdə məcrurdursa, deməli, məhəllən mənsubdur. 

(Ərculəkum) «ارجلكم» sözü də onun məhəllinə ətf olaraq, onun kimi mənsub olmuşdur. 

Digər tərəfdən məşhur yeddi qari (Quran oxuyan alimlər), «ارجلكم» (ərculəkum) sözünün həm məcrur (yəni; ərculikum) və həm də mənsub (yəni; ərculəkum) kimi oxunmasını düzgün hesab etmişlər. Elə buna görə Davud İsfahani kimi bəzi sünni fəqihləri dəstamaz alarkən ayaqları həm yumağı və həm də məsh çəkməyi düzgün hesab edirlər. 

Bütün bunlardan əlavə, İslam Peyğəmbərinin (s) vəsiyyətinə əsasən, Onun Əhli-beyti (ə) bütün sahələrdə müsəlmanlar üçün qayıdış yeri kimi tanıtdırılmışdır ki, onlardan biri də müqəddəs Quranın müxtəlif ayələrinin izahından ibarətdir. Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə isə ayaqların yuyulmasına deyil, məsh çəkilməsinə göstəriş verilmişdir.  

  

вторник, 1 мая 2012 г.

"Həvva Adəmin qabirgasindan yaranib"-yalani.


Əmr bin Əbi'l-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: «Allah Həvvanı nədən yaradıb?». İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: “Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?” İmam belə cavab verdi: “Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı”.
Bu hədis aşağıdakı mö’təbər kitablarda qeyd olunmuşdur:
Əyyaşi Səmərqəndi - «Əyyaşi təfsiri», 1-ci cild, 216-cı səh.;
Seyyid Haşim Bəhrani - «Təfsiri-burhan», 1-ci cild, 3360cı səh.;
Əllamə Məclisi – «Biharu'l-ənvar», 5-ci cild, 31-ci səh.;
Əllamə Məclisi – «Həyatu'l-qulub», 1-ci cild, 27-28-ci səh.;
Ayətullah Reyşəhri - «Mizanu'l-hikmə», 19565-ci hədis.

Məşhur səhabə Zürarə ibn Ə’yun İmam Cə’fər Sadiqlə (ə) Həvvanın yaradılışı barəsində danışır və deyir ki, camaatın danışdığına görə, guya Allah Həvvanı Adəmin sol tərəfindəki qısa qabırğasından yaradıb. İmam buyurdu: «Sübhanəllah! Allah belə işdən uzaqdır! Onların sözlərindən belə çıxır ki, Allah Adəmdən ötrü onun qabırğasından savayı bir şeydən zövcə yaratmağa acizdir? Bu sözləri deyən adam şərait yaradır ki, Adəmin bə’zi bədən üzvlərinin qalan üzvlərlə evləndiyini (yə’ni Adəmin sanki öz-özü ilə evləndiyini) söyləsinlər!» Sonra İmam məsələni izah edərək belə buyurdu: «Allah Adəmi gildən yaradıb, mələklərə ona səcdə etməyi əmr etdikdən sonra Adəmi yatırtdı. Sonra Həvvanı yaradıb onu Adəmin kürəyinə söykənmiş halda qərarlaşdırdı...» (Hədisin davamında Adəmlə Həvvanın söhbəti və Adəmin «elçiliyi» təsvir edilir).
Bu hədis də aşağıdakı mənbələrdə öz əksini tapmışdır:
Şeyx Səduq – “Mən la yəhzuruhu'l-fəqih”, 4336-cı hədis, 3-cü cild, 379-cu səh.;
Əllamə Məclisi – “Həyatu'l-qulub”, 1-ci cild, 27-28-ci səh.

Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da çoxlu kişi və qadın törədən Rəbbinizə qarşı təqvalı olun!» (Nisa, 1).
Lakin müfəssirlər qeyd etmişlər ki, bu ayədəki «nəfs» sözü yalnız konkret şəxsə (Adəmə) aid olunmamalıdır; «nəfs» sözü həm də insan cinsinə şamildir. Allah-Təala bu və buna bənzər digər ayələrdə (Rum, 21; Nəhl, 72) bütün bəşəriyyətin «insan» adlı varlıqdan yarandığını bəyan edir; bununla da Darvinin meydana atdığı təkamül nəzəriyyəsinin puçluğu aşkara çıxır.
Əgər ayədəki «nəfs» kəlməsini Həzrəti Adəmə aid etsək də, etiraf etməliyik ki, burada qabırğadan yaradılmaya kiçicik bir işarə də olsa yoxdur. Adəm və Həvva iki müstəqil fərd olaraq yaradılmışlar, ilk öncə Adəm, ondan sonra Həvva xəlq olunmuşdur. Onları birləşdirən müştərək cəhət budur ki, əvvəla, hər ikisi eyni bir varlıq cinsinin – bəşəriyyətin nümayəndələri olmuşlar. İkincisi, Həvva Adəmin yaradıldığı materialdan – gildən xəlq olunmuşdur. Daha dəqiq desək, Adəm yaradıldıqdan sonra qalan gildən Həvva yaranmışdır.
Bə’zi alimlər ortada barışdırıcı mövqe tutaraq bildirmişlər ki, Allah Həvvanı Adəmin sol qabırğasından deyil, sol qabırğasının yaradıldığı gilin artığından xəlq etmişdir. Mərhum Şeyx Səduq «Mən la yəhzuruhu'l-fəqih» kitabında Zürarənin İmam Sadiqdən (ə) rəvayət etdiyi hədisi verdikdən sonra Qur’ani-Kərimin «Nisa» surəsinin 1-ci ayəsi barəsində yazmışdır ki, ayənin təvili (rəmzi şərhi) belədir: Həvva Adəmin sol qabırğasından artıq qalmış gildən yaradılıb.

Xanımların, kişilərin sol qabırğasından yaranması hədisi İslam mənbələrinə yəhudi mənbələrindən sızmışdır. Yəni hədisin sənədini axtarıb araşdırdıqda yəhudilərə gedib çıxır. Onların əqidəsində qadınlara qarşı mənfi fikirlər çoxdur. Onlardan biri də budur ki, kitablarından biri olan Təsniyyədə belə deyilir: “Qadınların şəhadəti və andı qəbuledilməzdir və kişilərə də sifariş olunur sübh çağı Allaha dua və şükür etsinlər ki, qadın yaradılmayıblar”. Amma yəhudilərin bu hədisi haqda İmam Sadiq (ə) belə cavab verir: “Allah bu cür sifətdən uzaq və pakdır... Və Allah Adəmi yaradandan sonra Həvvanı başqa bir növdə yaratdı”. Hədisdən göründüyü kimi, Həvvanın yaradılışı Adəmin (ə) qabırğasından olmayıb və onun yaradılışı da Adəmin (ə) yaradılışı kimi müstəqildir. Nəticə alırıq ki, bu hədis, düşmənlər tərəfindən İslama zərbə vurmaq üçün İslam adı altında uydurulmuş saxta hədisdir