Sələfi saytları və TV kanallarında tez-tez müşahidə edilir ki, İmam Hüseynin (ə) türbətinin hər dərdin şəfası olmasına şiələrin etiqad bəsləmələri şirk amili və gülüş obyekti kimi təqdim edilir. Allahın iznilə bu kitabçada sözügedən şübhələr cavablandırılmışdır.
İslam tarixi mənbələrində, xüsusi ilə şiə dünyasında danışılanlara görə ikinci xəlifə Ömər bin əl-Xəttab ilə Əmir əl-möminin İmam Əli bin Əbi Talib (ə) arasında bir çox ixtilaflar yaşanıb. Deyilənlərə əsasən, onların ixtilafı Allah Rəsulunun (s) yeganə qızı və ciyər-parası xanım Fatimənin (ə) şəhadətindən sonra düşmənçilik həddinə çatmışdır.
Başqa bir tərəfdən isə bəzi tarixçilərin yazdığı iddialara görə, İmam Əli bin Əbi Talib (ə) öz qızı Ümmü Gülsümü Ömər bin əl-Xəttaba ərə verərək dostluqlarını yenidən bərpa etmişdir. Bu iki iddia hər iki məzhəbin gündəmini məşğul edərək, bir çox mübahisələrə yol açmışdır.
Elə bu səbəbdən biz də bir müsəlman olaraq iki məzhəb arasında yaranan ixtilafı aradan qaldırmaq və bu qaranlıq mövzunu aydınlatmaq naminə istər şiə, istərsə də əhli-sünnə mənbələri əsasında araşdırma aparmaq qərarına gəldik.