Bağışlayan və Mehriban Allahın adı ilə
Əvvəla bu sualın cavabını bilməyimiz üçün aydınlaşdırmalı olduğumuz bir sıra məsələlər vardır.
Öncə bunu bilməliyik ki, «Risalə» nədir? Nə üçün nəzərdə tutulmuşdur? Və nə üçün müxtəsər şəkildə yazılmışdır?
Bizlərə daha çox «Risalə» adı ilə məşhur olan bu kitabın adı «Tovzihul-Məsail», yəni «Şəriət məsələlərinin izahı»dır. Adından da məlum olduğu kimi hər bir fəqih bu kitabda şəriətin ümumi və əsas məsələlərini, ümumi kütlənin istifadə edə biləcəyi və anlaya biləcəyi bir şəkildə cəm etmişdir.
Belə ki, «Ammul-Bəlva» deyilən, yəni əsasən «Gündəlik qarşıya çıxan» şəriət məsələlərini burada qeyd etmişlər. Ona görə ki, insanlar bundan rahat şəkildə istifadə edə bilsinlər və hər adi məsələlərində çətinliyə düşüb çaş-baş qalmasınlar.
Bununla da bizə məlum oldu ki, bu kitab ümumi kütlənin istifadə edə bilməsi və anlaya bilməsi, yeri gəldikdə hər bir yerə getdikdə yanında rahat daşıya bilməsi üçün nəzərdə tutulmuşdur. Belə olduğuna görə də bu kitabda məsələləri yığcam şəkildə qeyd etmiş və bir sıra məsələləri, o cümlədən həmən məsələlərə dair hədis və rəvayətləri burada qeyd etməmişdirlər.
Lakin bu, o anlama gəlməsin ki, fəqihlərimizin burada qeyd etdikləri hökümlər heç bir sənəd, hədis və rəvayətlərə söykənmir və bu onların təxəyyülünün bəhrəsidir. Əksinə, burada olan hər kiçik bir hökmün belə geniş sənəd və dəlili vardır. Bu məsələlərdə geniş araşdırma aparmaq istəyənlər bu mövzuda cildlərlə yazılmış olan mötəbər kitablara mürəciət edə bilərlər. Biz burada o mötəbər kitab və əsərlərin bir neçəsini qeyd edirik. Belə ki, bu məsələlərdə geniş araşdırma aparmaq istəyənlər və «Risalədə verilən hökmlərin heç bir sənəd və dəlilinin olmadığını» düşünənlər bu mötəbər kitab və əsərlərə müraciət edə bilərlər:
Şeyx Muhəmməd Nəcəfi, «Cəvahir əl-Kəlam» - 43 cild
Ayətullah Seyyid Sadiq Ruhani, «Fiqh əs-Sadiq», 41 cild
Şəhid Sani, «Məsalik əl-Əfham», 15 cild
Muhəmməd Cavad əl-Muğniyyə, «Fiqh əl-İmam Cəfər əs-Sadiq», 6 cild
Belə ki, burada risalələrdə verilmiş bütün hökmlərin geniş sənəd və dəlilləri, Quran ayələri və Əhli-Beyt (ə.s)-dan nəql edilən mötəbər hədislər işığında bəyan edilmişdir. Lakin biz yuxarıda qeyd etdik ki: «Risalə ümumi kütlənin istifadə edə bilməsi və anlaya bilməsi, yeri gəldikdə hər bir yerə getdikdə yanında rahat daşıya bilməsi üçün nəzərdə tutulmuşdur.» Əgər risalədə bütün məsələ və hökmlər yuxarıda qeyd etdiyimiz kitablar kimi, ayə, hədis və mənbələri ilə verilmiş olsaydı, o zaman risalə cildlərlə kitab halında olardı. Belə olduqda isə, mükəlləf şəxs gündəlik şəri məsələləri tapmaqda çətinlik çəkər, istədiyi yerə o kitabı rahatlıqla daşıya bilməzdi. Buna görədə risalələrdə bu kimi şeylər qeyd edilməmişdir.
Lakin günümüzdə «şəriətdən və elmdən cəhalətdə qalan» bəzi kəslər vardır ki, bu kimi kitablardan xəbərsiz olduqlarına görə, din alimlərimizi, fəqih və müctəhidlərimizi təhqir edir, onların «Risalə»lərdə vermiş olduqları hökmləri hədis və rəvayətlər ilə, sənəd və mənbələri ilə qeyd etmədiklərinə görə inkar edir, əvvəldə də qeyd etdiyimiz kimi, bunu onların təxəyyülünün bəhrəsi sayırlar, belə bir məntiqsiz fikir və iradlarla alimlərimizə dil uzadırlar.
Həzrəti Əli (ə.s) buyurur: «Həqiqətən insan bilmədiklərinin düşmənidir.»
Bu cür şəxslər isə elmsizlikdən, bilməməzlikdən, cahillikdən bu hala və bu qənaətə gəlmişlər. Əslində bu irad mənə Əhli-Təsənnidən (sünnilərdən) olan bir kəsin «Nəhcül-Bəlağə»nin sənədlərinə tutduğu bir iradı xatırlatdı. Belə ki, Azərbaycan dilinə tərcümə edilən «Nəhcül-Bəlağə» kitabında olan xütbələrin sənəd və mənbələrinin qeyd edilmədiyinə görə belə güman etmişdi ki, bu kitabın heç bir sənədi yoxdur və buna görə də buna dair dırnaq arası məqalə yazıb, öz cahilanə fikirlərini bu cür bəyan etmişdi ki, «o kitabda da heç bir mənbə və sənəd verilməyib, çünki bu kitab qondarmadır...»
Baxın, insanın elmi, savadı və məntiqi olmasa, bu cür düşüncəsiz və məntiqsiz sözlər deyər. Əslində bizim cavabımız onlara deyil, bizim bu məsələyə olan cavabımız bir çox bu cür sualların təsiri altına düşən möminlərin sarsımış fikirlərini doğrultmaq və möhkəmləndirməkdir.
*****
İndi isə məsələni daha da aydınlaşdırmaq üçün «Risalə»lərdə verilmiş olan ümumi hökmlərin bir neçəsini qeyd edəcək və qarşılığında yuxarıda adlarını qeyd etdiyimiz kitablardan məsələ ilə bağlı bir hədis qeyd edəcəyik.
Təbii ki, bizim məqsədimiz izah etmək istədiyimiz məsələni müxtəsər şəkildə bəyan etməkdir. Odur ki, hər məsələnin qarşılığında bir hədis ilə kifayətlənəcəyik. Ümid edirik ki, bu cür zəhərli düşüncədə olan kəslər isə fikirlərini təmizləmək və doğrultmaq üçün bu qeyd etdiyimiz kitablara baş vuracaq və yanlış düşüncədə və cəhalət qaranlıqlarında qaldıqlarını anlayacaqlar və bu məntiqiz irad və düşüncələrindən əl çəkəcəklər. Çünki bu kitablarda hər bir hökmün geniş təhlili verilmiş və hər bir məsələyə dair Peyğəmbər (s) və Əhli-Beytindən hədis və rəvayətlər nəql edilmişdir.
Ayətullah Seyyid Əli Sistaninin, öz «Risalə»sində bövl ilə nəcis olmuş bədən və paltarın hökmünə dair verdiyi fətvada oxuyuruq:
«Bövl ilə nəcis olmuş paltar və bədən kürr su ilə iki dəfə yuyulmalıdır.» («Şəriət məsələlərinin izahı», məsələ 160)
Bu məsələyə dair yuxarıda adını qeyd etdiyimiz Muhəmməd Cavad əl-Muğniyyənin «Fiqh əl-İmam Cəfər əs-Sadiq» adli kitabında, elə İmam Sadiq (ə.s)-dan belə nəql edilir:
سئل الإمام عليهالسلام عن الثوب أو الجسد يصيبه البول ؟ قال : « اغسله مرّتين » (1)
وهذا محلّ وفاق بين الفقهاء .
[1] الوسائل 3 : 406 ، ب8 من أبواب النجاسات ، ح6
İmam Sadiq (ə.s)-dan paltar və bədənə dəymiş bövl haqqında sual etdilər. İmam (ə.s) belə buyurdu: «Onu iki dəfə yu.»
«Bu da fəqihlər arasında ittifaq yeridir.»
[1] «əl-Vəsail əş-şiə», 3/406, «Nəcasət babı», H:6
İndi isə fəqihlərimizin xüms haqqındakı bir məsələsinə nəzər salaq:
Ayətullah Vəhid Xorasaninin öz «Risalə»sində, «Xümsün hökmləri» bölməsində buyurdugu fətvadan oxuyuruq:
«Əgər insan ticarətdən, sənətkarlıqdan, ya başqa yerlərdən qazanc əldə etsə, hətta məsələn, meyyitin namaz və orucunu əda edərək zəhmət haqqı almaqla olsa belə, bu qazanc özünün və ailəsinin illik qazancından artıq qalsa onun xümsünü – yəni: beşdə bir hissəsini (Deyiləcək qaydada) verməlidir.» T. M, Məs: 1769
Həmçinin bu məsələ ilə bağlı Muhəmməd Cavad əl-Muğniyyəniyyənin «Fiqh əl-İmam Cəfər əs-Sadiq» adli kitabında, İmam Museyi-Kazım (ə.s) və atası İmam Cəfər Sadiq (ə.s)-dan belə nəql edilir:
وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
قال الإمام موسى الكاظم عليه السلام في تفسيرهذه آية : ما كان للّه فهو لرسوله وما كان لرسوله فهو لنا، واللّه لقد يسّر الله على المؤمنين أرزاقهم بخمسة دراهم، جعلوا لربهم واحداً، وأكلوا أربعة أحلاء
وسائل الشيعة ج 9/ ص 485 - بصائر الدرجات ص 9
و قال أبوه الامام صادق عليه السلام: ان الله لما حرم علينا الصدقة انزل لنا الخمس, فالصدقة علينا حرام, والخمس لنا فريضة
(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir! (Ənfal, 41)
İmam Museyi-Kazım (ə) bu ayənin təfsirində buyurur: «Allaha məxsus olan şeylər Onun Rəsuluna da məxsusdur, Onun Rəsuluna məxsus olan şeylər də bizə məxsusdur. Allaha, möminlərə onların ruzilərini beş dirhəmlə yüngül elədi. Onun beşdə birini Rəbbləri üçün qərar verdi. Onun qalan dörd dirhəmini isə Onlar üçün halal etdi.»
İmam Kazım (ə.s)-ın atası İmam Sadiq (ə.s)-dan isə belə nəql edilir:
«Allah, sədəqəni bizə haram etdiyi zaman xumsu bizə nazil etdi. Və sədəqənin bizə verilməsi haramdır, lakin xümsun bizə verilməsi vacibdir.»
«Vəsail əş-Şiə», c.9, s.485; «Bəsair əd-Dərəcat», s.9
Biz burada adını çəkdiyimiz kitablardan bir neçə məsələyə müxtəsər şəkildə toxunduq. Təbii ki, biz bütün risalələrdə verilmiş hökmləri burada bir-bir bu cür təhlil edə bilmərik, çünki məqsədimiz bunu anlatmağa çalışmaqdır ki, risalələrdə verilmiş hər bir hökmün bu kitablarda öz dəlil və isbatı vardır və buna görədə bir neçə məsələni sözümüzə qüvvət və misal olsun deyə qeyd etdik.
Allahın salamı olsun haqq axtarışında olan təəssübkeş olmayan kəslərə. Allahın rəhməti onlara olsun. Allahın qəzəbi olsun fitnə alovu püsgürdüb insanları, xüsusən cahilləri çaşdırıcı fikirlər səsləndirən insanlardan olan şeytanlara...
HÖRMƏTLİ OXUCULAR,
HAZIRLAYAN QARDAŞIMIZIN SAĞLAMLIĞI, BOL HALAL RUZİ QAZANMAĞI, GÖZƏL AXİRƏTİ ÜÇÜN MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏDƏ SALAVAT GÖNDƏRMƏYİ UNUTMAYAQ!