Doktor Seyid Əmmar Nəkşavani Müsəlman
dünyasında ən güclü natiqlərindən biri kimi qiymətləndirilir. O, 1981-ci ildə
anadan olub və Universitet Kolleci, eləcə də London İqtisadiyyat Məktəbinin bitirmişdir. Daha
sonra o, İranda Şəhid Behişti Universitetinin İslam Tədqiqatları üzrə magistr
ilə təltif edilmişdir.Doktor NəkşavaniExeter
Universitetində Namizədlik dissertasiyasını başa çatdırmışdır. O, Klassik İslam
Tarixi universitetində mühazirələr oxumuş və sonra Dəməşq Suriyada İslam
Müəllimlər Seminariyasında daha da geniş araşdırmalar aparmışdır. Hazırda o, Kembric
Universitetinin İslam Araşdırmaları Mərkəzinin səyyar təqaüdçüsüdür.
Şeyx Vəhid Xorasani 1 dekabr1921 (hicri-şəmsi 1300-cü) ildə Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur. Ayətullahul-uzma Şeyx Vəhid Xorasani dövrümüzün əzəmətli fəqihlərindən biridir. İranda, İraqda, Azərbaycanda və bir çox qərb ölkələrində müqəllidləri vardır. Ustadın "Tovzihul-məsail" risaləsi dilimizə tərcümə olunmuşdur.
Playlist formasında hamısını bir yerdə burdan izləyə bilərsiz: ------------> Hacı Rəcəbəlinin çıxışları Özü haqqında qısa məlumat: Rəcəbəli Həsənein
Əslən Tanzanialıdır. Amerikanın Michigan ştatında yaşayır. Qərbin İslam alimlərindən və aktiv mübəlliğlərindən biridir. Michiganda özünün rəhbərlik etdiyi “Wise” (Müdrik) adlı böyük təhsil mərkəzi və kampı var. Eyni zamanda dünyanın ən güclü universitetlərindən biri olan Columbia Un-nin Mikrobiologiya üzrə məzunudur. Mütərəqqi fikirli gözəl ictimai xadim və çox gözəl, təvazökar, daim insanların xidmətində olan bir insandı.
Sələfi saytları və TV kanallarında tez-tez müşahidə edilir ki, İmam Hüseynin (ə) türbətinin hər dərdin şəfası olmasına şiələrin etiqad bəsləmələri şirk amili və gülüş obyekti kimi təqdim edilir. Allahın iznilə bu kitabçada sözügedən şübhələr cavablandırılmışdır.
İslam tarixi mənbələrində, xüsusi ilə şiə dünyasında danışılanlara görə ikinci xəlifə Ömər bin əl-Xəttab ilə Əmir əl-möminin İmam Əli bin Əbi Talib (ə) arasında bir çox ixtilaflar yaşanıb. Deyilənlərə əsasən, onların ixtilafı Allah Rəsulunun (s) yeganə qızı və ciyər-parası xanım Fatimənin (ə) şəhadətindən sonra düşmənçilik həddinə çatmışdır.
Başqa bir tərəfdən isə bəzi tarixçilərin yazdığı iddialara görə, İmam Əli bin Əbi Talib (ə) öz qızı Ümmü Gülsümü Ömər bin əl-Xəttaba ərə verərək dostluqlarını yenidən bərpa etmişdir. Bu iki iddia hər iki məzhəbin gündəmini məşğul edərək, bir çox mübahisələrə yol açmışdır.
Elə bu səbəbdən biz də bir müsəlman olaraq iki məzhəb arasında yaranan ixtilafı aradan qaldırmaq və bu qaranlıq mövzunu aydınlatmaq naminə istər şiə, istərsə də əhli-sünnə mənbələri əsasında araşdırma aparmaq qərarına gəldik.