пятница, 4 мая 2012 г.

NƏ ÜÇÜN DƏSTƏMAZ ALDIQDA, AYAQLARI YUMAMAQ-MƏSH ÇƏKMƏK LAZIMDIR?

Sual: Nə üçün Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmaz alarkən, ayaqlarını yuyur, Əhli-beyt məzhəbinin ardıcılları isə məsh cəkirlər?

Cavab: Bu suala cavab verməzdən əvvəl, bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1-Bütün müsəlmanlar (həm Əhli-sünnə, həm də Əhli-beyt məzhəblərinin ardıcılları) Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə əməl etməyə çalışırlar. 

Allah-taala müqəddəs Quranda buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.

Müsəlmanlar arasında mövcud olan ixtilaf və fikir ayrılığı isə onların hər hansı bir məsəsləni müxtəlif cür başa düşmələrindən irəli gəlir. Qeyd olunmuş ayə də o məsələlərdən biridir.

2-Hal-hazırda Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmazda ayağı yumağı vacib bilirlər. Fəxri Razi bu ayənin (فاغسلو وجوهكم) təfsirində belə yazır:

"Dəstəmazda ayağı yumaq, yoxsa məsh etmək haqqında dörd nəzər söylənilib:

A. Ayağı yumaq lazımdır; 

B. Məsh etmək lazımdır;

C. Ya məsh etmək və yaxud yumaq lazımdır;

D. Həm məsh etmək və həm də yumaq lazımdır;

3-Əhli-sünnə məzhəbinin rəvayətləri arasında əksər rəvayətlər yumağa dəlalət etsə də, bəzi rəvayətlər məsh çəkməyi lazım bilirlər. Təbəri öz təfsir kitabında bu barədə 10 hədis nəql edir ki, o hədislərin birində İbn Abbas deyir: 

الوضو غسلتان و مسحتان

«Dəstəmaz iki yumaq (üz və əllər) və iki məshdən (baş və ayaqlar) ibarətdir».Təfsiri Təbəri, 6/82.

Həmçinin, Ənəs, Əkrəmə, Şəbi, Amir və Qutadənin dediklərinə əsasən; -«Dəstəmazda ayaqları yumaq yox, məsh cəkmək lazımdır».Təfsiri Təbəri, 6/82.

Dəstamaz barəsində istinad edilən ayə belədir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.

Əhli-sünnə alimlərinin fikrincə, «ارجلكم» sözü «وجوهكم» sözünə ətf olunmuşdur. Belə ki, «وجوه» - yəni üzlər yuyulmalı olduğu kimi, «ارجل» - yəni ayaqlar da yuyulmalıdır.

Lakin, Əhli-beyt məzhəbi alimlərinin fikrincə, «ارجلكم» (ayaqlarınız) sözü, «رُءُوسِكُمْ» (başlarınıza) sözünə ətf olunur və «رُءُوسِ» (başlar) məsh olunduğu kimi, «ارجل» (ayaqlar) da məsh olunmalıdır. Onlar deyirlər ki, «ارجلكم» (ayaqlarınız) sözü «رُءُوسِكُمْ» (başlarınız) sözünün yanındadır və ərəb qrammatikasına əsasən, o, ən yaxın sözə - «رُءُوسِكُمْ» sözünə ətf olunmalıdır. Buna görə də ayaqlara məsh çəkilməlidir. 

Burada cavab verilməsi lazım olan bir sual meydana çıxır:

Əgər Əhli-beyt məzhəbi alimlərinin dediyi kimi, «ارجلكم» (ərculəkum) sözü, «رُءُوسِكُمْ» (ruusikum) sözünə ətf olunmuşsa, bəs nəyə üçün məcrur yəni, "ərculikum" deyildir? 

Bu sualın cavabı ərəb qrammatikasıyla tanış olanlara məlumdur. Ərəb qrammatikasında iki növ ətf vardır: 

1-Zahirə olunan ətf;

2-Məhəllə olunan ətf.

Məlum olduğu kimi, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü, "وامسحوا" (vəmsəhu) felinin məfuludur (tamamlığıdır) və əvvəlində gələn "bi" şəkilçisi isə zaiddir. 

Həmçinin, bütün məfullar mənsub olmalıdır. Əgər, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü əvvəlinə "bi" şəkilçisi gəldiyi üçün zahirdə məcrurdursa, deməli, məhəllən mənsubdur. 

(Ərculəkum) «ارجلكم» sözü də onun məhəllinə ətf olaraq, onun kimi mənsub olmuşdur. 

Digər tərəfdən məşhur yeddi qari (Quran oxuyan alimlər), «ارجلكم» (ərculəkum) sözünün həm məcrur (yəni; ərculikum) və həm də mənsub (yəni; ərculəkum) kimi oxunmasını düzgün hesab etmişlər. Elə buna görə Davud İsfahani kimi bəzi sünni fəqihləri dəstamaz alarkən ayaqları həm yumağı və həm də məsh çəkməyi düzgün hesab edirlər. 

Bütün bunlardan əlavə, İslam Peyğəmbərinin (s) vəsiyyətinə əsasən, Onun Əhli-beyti (ə) bütün sahələrdə müsəlmanlar üçün qayıdış yeri kimi tanıtdırılmışdır ki, onlardan biri də müqəddəs Quranın müxtəlif ayələrinin izahından ibarətdir. Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə isə ayaqların yuyulmasına deyil, məsh çəkilməsinə göstəriş verilmişdir.  

  

вторник, 1 мая 2012 г.

"Həvva Adəmin qabirgasindan yaranib"-yalani.


Əmr bin Əbi'l-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: «Allah Həvvanı nədən yaradıb?». İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: “Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?” İmam belə cavab verdi: “Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı”.
Bu hədis aşağıdakı mö’təbər kitablarda qeyd olunmuşdur:
Əyyaşi Səmərqəndi - «Əyyaşi təfsiri», 1-ci cild, 216-cı səh.;
Seyyid Haşim Bəhrani - «Təfsiri-burhan», 1-ci cild, 3360cı səh.;
Əllamə Məclisi – «Biharu'l-ənvar», 5-ci cild, 31-ci səh.;
Əllamə Məclisi – «Həyatu'l-qulub», 1-ci cild, 27-28-ci səh.;
Ayətullah Reyşəhri - «Mizanu'l-hikmə», 19565-ci hədis.

Məşhur səhabə Zürarə ibn Ə’yun İmam Cə’fər Sadiqlə (ə) Həvvanın yaradılışı barəsində danışır və deyir ki, camaatın danışdığına görə, guya Allah Həvvanı Adəmin sol tərəfindəki qısa qabırğasından yaradıb. İmam buyurdu: «Sübhanəllah! Allah belə işdən uzaqdır! Onların sözlərindən belə çıxır ki, Allah Adəmdən ötrü onun qabırğasından savayı bir şeydən zövcə yaratmağa acizdir? Bu sözləri deyən adam şərait yaradır ki, Adəmin bə’zi bədən üzvlərinin qalan üzvlərlə evləndiyini (yə’ni Adəmin sanki öz-özü ilə evləndiyini) söyləsinlər!» Sonra İmam məsələni izah edərək belə buyurdu: «Allah Adəmi gildən yaradıb, mələklərə ona səcdə etməyi əmr etdikdən sonra Adəmi yatırtdı. Sonra Həvvanı yaradıb onu Adəmin kürəyinə söykənmiş halda qərarlaşdırdı...» (Hədisin davamında Adəmlə Həvvanın söhbəti və Adəmin «elçiliyi» təsvir edilir).
Bu hədis də aşağıdakı mənbələrdə öz əksini tapmışdır:
Şeyx Səduq – “Mən la yəhzuruhu'l-fəqih”, 4336-cı hədis, 3-cü cild, 379-cu səh.;
Əllamə Məclisi – “Həyatu'l-qulub”, 1-ci cild, 27-28-ci səh.

Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da çoxlu kişi və qadın törədən Rəbbinizə qarşı təqvalı olun!» (Nisa, 1).
Lakin müfəssirlər qeyd etmişlər ki, bu ayədəki «nəfs» sözü yalnız konkret şəxsə (Adəmə) aid olunmamalıdır; «nəfs» sözü həm də insan cinsinə şamildir. Allah-Təala bu və buna bənzər digər ayələrdə (Rum, 21; Nəhl, 72) bütün bəşəriyyətin «insan» adlı varlıqdan yarandığını bəyan edir; bununla da Darvinin meydana atdığı təkamül nəzəriyyəsinin puçluğu aşkara çıxır.
Əgər ayədəki «nəfs» kəlməsini Həzrəti Adəmə aid etsək də, etiraf etməliyik ki, burada qabırğadan yaradılmaya kiçicik bir işarə də olsa yoxdur. Adəm və Həvva iki müstəqil fərd olaraq yaradılmışlar, ilk öncə Adəm, ondan sonra Həvva xəlq olunmuşdur. Onları birləşdirən müştərək cəhət budur ki, əvvəla, hər ikisi eyni bir varlıq cinsinin – bəşəriyyətin nümayəndələri olmuşlar. İkincisi, Həvva Adəmin yaradıldığı materialdan – gildən xəlq olunmuşdur. Daha dəqiq desək, Adəm yaradıldıqdan sonra qalan gildən Həvva yaranmışdır.
Bə’zi alimlər ortada barışdırıcı mövqe tutaraq bildirmişlər ki, Allah Həvvanı Adəmin sol qabırğasından deyil, sol qabırğasının yaradıldığı gilin artığından xəlq etmişdir. Mərhum Şeyx Səduq «Mən la yəhzuruhu'l-fəqih» kitabında Zürarənin İmam Sadiqdən (ə) rəvayət etdiyi hədisi verdikdən sonra Qur’ani-Kərimin «Nisa» surəsinin 1-ci ayəsi barəsində yazmışdır ki, ayənin təvili (rəmzi şərhi) belədir: Həvva Adəmin sol qabırğasından artıq qalmış gildən yaradılıb.

Xanımların, kişilərin sol qabırğasından yaranması hədisi İslam mənbələrinə yəhudi mənbələrindən sızmışdır. Yəni hədisin sənədini axtarıb araşdırdıqda yəhudilərə gedib çıxır. Onların əqidəsində qadınlara qarşı mənfi fikirlər çoxdur. Onlardan biri də budur ki, kitablarından biri olan Təsniyyədə belə deyilir: “Qadınların şəhadəti və andı qəbuledilməzdir və kişilərə də sifariş olunur sübh çağı Allaha dua və şükür etsinlər ki, qadın yaradılmayıblar”. Amma yəhudilərin bu hədisi haqda İmam Sadiq (ə) belə cavab verir: “Allah bu cür sifətdən uzaq və pakdır... Və Allah Adəmi yaradandan sonra Həvvanı başqa bir növdə yaratdı”. Hədisdən göründüyü kimi, Həvvanın yaradılışı Adəmin (ə) qabırğasından olmayıb və onun yaradılışı da Adəmin (ə) yaradılışı kimi müstəqildir. Nəticə alırıq ki, bu hədis, düşmənlər tərəfindən İslama zərbə vurmaq üçün İslam adı altında uydurulmuş saxta hədisdir


четверг, 26 апреля 2012 г.

Necə hidayət oldum silsiləsindən Məşhur əfsanəvi alim Ticani Səmavi

buyurun izləyin və bəhrələnin

1)

2)   


3)  

4)  


DOKTOR MƏHƏMMƏD TİCANİ SƏMAVİ
O, Tunisdə dünyaya göz açmışdır. Uşaqlıq illərini doğma vətənində keçirdikdən sonra müxtəlif elm adamlarından, görkəmli alimlərdən faydalanmaq məqsədi ilə ərəb ölkələrinə səfər etdi. Misirdə "əl-Əzhər" universitetinin müəllim və tələbə kollektivi ona orada qalmasını və "əl-Əzhər" universitetində tədrislə məşğul olmasını təklif etdilər. Lakin o, bu təklifi qəbul etməyib İraqa doğru yollanaraq öz səfərini davam etdirir. Burada çox saylı şiə alimləri ilə diskussiyalar, fikir mübadilələri aparır və nəticədə şiə məzhəbini qəbul edir. O, hal-hazırda beynәlxaq arenada şiə məzhəbinin təbliğatçısı kimi tanınır və bu məzhəbin müdafiəsi üçün bir neçə kitab da yazmışdır.
O, "Necə hidayət oldum" kitabının bir hissəsində yazır: "Şiələr tutduqları yolda möhkəm, səbirli və haqqa tapınandırlar... Mən, bütün elm adamlarının şiə alimləri ilə diskussiyaya girməsini, mübahisəli məsələləri müzakirə etməsini zəruri hesab edirəm. Tam əminəm ki, bu diskussiyadan yalnız onların məzhəbini – Şiə məzhəbini qəbul edərək, könül gözləri açılaraq çıxacaqlar. Bəli, mən öz sabiq məzhəbimi əvəz edəcək məzhəbi tanıdım və məni bu məzhəbə hidayət edən Allaha sonsuz minnətdarlığımı bildirirəm. Təbii ki, onun hidayət və lütfü olmasaydı mən bu məzhəbə doğru hidayət olmazdım.
Həmd və səna məni "Naciyə" (nicat tapan) məzhəbə doğru hidayət edən Tanrıya məxsusdur. Bu, uzun müddət böyük məhrumiyyətlərə, əziyyətlərə qatlanaraq ardınca gəzdiyim məzhəbdir. Mənim hәzrәt Əlinin (ə) və Əhli-beytin (ə) vilayətinə tapınan insanların heç bir zaman qırılmayacaq ipdən yapışdıqlarına zərrə qədər də şübhəm yoxdur. Bu mövzuda çox saylı hədislər mövcuddur. Hansı ki, müsəlmanlar bu hədisləri yekdilliklə qəbul edirlər. Bundan başqa ağıl da təkbaşına haqq sorağında olanların bələdçisidir. Bəli, Allaha şükür olsun ki, haqqı tapdım. Möminlərin ağası hәzrәt Əliyə (ə) etiqad bəsləməkdə Allahın elçisi Məhəmmədə (s) iqtida etdim. Bundan başqa behişt cavanlarının iki ağası, bu ümmətin içində iki dəstə gül olan İmam Əbu Məhəmməd Həsən (ə) və İmam Əbu Əbdullah Hüseyn (ə), peyğəmbərliyin təcəssümü həzrət Mustafanın (s) ürək parası olan, imamlar anası, risalət qaynağı, Tanrının onun qəzəbi ilə qəzəbləndiyi, örnək qadın həzrət Fatiməni (ə) tanımaqda Peyğəmbərə (s) tapındım.
İmam Malikin yerinə, bütün imamların müəllimi, təlimatçısı olan İmam Cəfər Sadiqi (ə) və İmam Hüseynin (ə) nəslindən olan digər doqquz məsum imamı seçdim".
O, "Elm şəhərinin qapısı" hədisini qeyd etdikdən sonra yazır: "Nə üçün dini və dünyəvi məsələlərdə Əliyə (ə) təqlid etmirsiniz? Əgər onun Peyğəmbər (s) elminin qapısı olduğunu qəbul edirsinizsə, nə üçün Peyğəmbər (s) elminin qapısını birmənalı şəkildə qəbul etmir, Əbu Hənifəyə, Malikə, Şafeiyə, Əhməd ibn Hənbələ və İbn Teymiyyəyə təqlid edirsiniz? Hansı ki, sizin təqlid etdikləriniz heç bir zaman elmdə, əməldə, fəzilət və şərəfdə Əliyə (ə) çata bilməzlər.
Sözünün bu yerində üzünü Əhli-sünnə məzhəbi mənsublarına tutaraq deyir: “Ey mənim yaxınlarım! Sizi, müzakirə masası arxasına əyləşməyə, haqqı araşdırmağa, təəssübdən əl çəkməyə dəvət edirəm. Biz, Bəni-Üməyyə və Abbasilərin qurbanlarıyıq. Biz, qara tarixin qurbanlarıyıq. Biz, ata-babalarımızın bizim üçün miras qoyub getdiyi dar, qapalı düşüncə tərzinin qurbanlarıyıq. Onun Şiə məzhəbini müdafiə məqsədi ilə qələmə aldığı əsərlərə aşağıdakıları misal göstərmək olar:
"Necə hidayət oldum", "Doğrularla birgə", "Bilənlərdən soruşun", "Şiələr əsl Peyğəmbər (s) yolunu gedənlərdirlər", “Allahdan qorxun!" və s.


Ticani Səmavinin *Necə hidayət oldum* kitabını  burdan yükləyə bilərsiz ->  http://najafov.narod.ru/Islam.html

Ticani səmavinin *Həqiqət olduğu kimi.* kitabının 1 və 2ci hissəsini burdan yükləyə bilərsiz:  http://www.haqqyolu.org/kitabxana/index.php?muellif=M%C9%99h%C9%99mm%C9%99d+Ticani+S%C9%99mavi+%28Tunisi%29


понедельник, 23 апреля 2012 г.

Osman təməttü həccini qadağan edir! (Səhih əl-Buxari 2)

Sünni hədisləri » Osman » Osman Quran və sünnəyə qarşı


حدثنا قتيبة بن سعيد: حدثنا حجاج بن محمد الأعور، عن شعبة، عن عمرو بن مرة، عن سعيد بن المسيب قال: اختلف علي وعثمان رضي الله عنهما، وهما بعسفان، في المتعة، فقال علي: ما تريد أن تنهى عن أمر فعله النبي صلى الله عليه وسلم، فلما رأى ذلك علي أهل بهما جميعا

Əli və Osman Usfanda təməttü həcci barədə fikir ayrılığına düşdülər. Əli buyurdu: "Sən Peyğəmbərin (s) etdiyi bir əməli qadağan etmək istəyirsən." Əli bu qadağanı gördükdə, (Osmanın qadağasının əksinə) ümrə və həcci birlikdə yerinə yetirdi.

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih, Həcc kitabı, c.1, s.569, №1494; Dar ibn Kəsir, Beyrut, 1414/1993

Onlayn mənbə 1: islamweb, 1/569
Onlayn mənbə 2: hadith.al-islam.com
Onlayn mənbə 3: islamport, 2/567
Onlayn mənbə 4: islamport, 6/136, №1569
Onlayn mənbə 5: uqu.edu.sa













Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih, Həcc kitabı, s.303, h.1563; Beytul-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı,1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi

Kitabı yükləmək üçün: ÜNVAN 1ÜNVAN 2
_________________________________________













Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih,  Həcc kitabı, s.212, h.1569; Məktəbətur-Ruşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

Kitabı yükləmək üçün: ÜNVAN
_________________________________________













Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih,  Həcc kitabı, s.381, h.1569; Dar İbn Kəsir, Dəməşq, Beyrut, 1423/2002

Kitabı yükləmək üçün: ÜNVAN


Osman təməttü həccini qadağan edir! (Səhih əl-Buxari 1)

Sünni hədisləri » Osman » Osman Quran və sünnəyə qarşı



حدثنا محمد بن بشار: حدثنا غندر: حدثنا شعبة، عن الحكم، عن علي بن حسين، عن مروان بن الحكم قال: شهدت عثمان وعليا رضي الله عنهما، وعثمان ينهى عن المتعة، وأن يجمع بينهما، فلما رأى علي أهل بهما: لبيك بعمرة وحجة، قال: ما كنت لأدع سنة النبي صلى الله عليه وسلم لقول أحد

Bizə Muhəmməd b. Bəşşar rəvayət etdi: bizə Ğundər rəvayət etdi: bizə Şubə, əl-Həkəmdən, o da Əli b. Huseyndən, o da Mərvan b. əl-Həkəmdən rəvayət edərək dedi: Mən (həcc vaxtı) Osman və Əlinin gördüm.Osman təməttü həccini və həcc ilə ümrənin birlikdə yerinə yetirilməsini qadağan edirdi. Əli bunu gördükdə hər ikisini yerinə yetirməyə başladı: "Ləbbeykə bi-umrətin və haccətin" olsun ümrə və həcc müt'əsinə" və ardınca dedi: "Kiminsə sözünə görə Peyğəmbərin sünnəsini tərk etmərəm."

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih, Həcc kitabı, c.1, s.567, №1488; Dar ibn Kəsir, Beyrut, 1414/1993

Onlayn mənbə 1: islamweb, 1/567
Onlayn mənbə 2: hadith.al-islam.com
Onlayn mənbə 3: islamport, 2/567
Onlayn mənbə 4: islamport, 6/130, №1563
Onlayn mənbə 5: uqu.edu.sa













Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih, Həcc kitabı, s.303, h.1563; Beytul-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı,1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi

Kitabı yükləmək üçün: ÜNVAN 1ÜNVAN 2
_________________________________________













Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih,  Həcc kitabı, s.211, h.1563; Darur-Ruşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

Kitabı yükləmək üçün: ÜNVAN
_________________________________________













Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih,  Həcc kitabı, s.380, h.1563; Dar İbn Kəsir, Dəməşq, Beyrut, 1423/2002

Kitabı yükləmək üçün: ÜNVAN