суббота, 16 февраля 2013 г.

Nəyə görə fəqihlərimiz risalələrində verdikləri fətvaların Quran və hədislərdən mənbələrini qeyd etmirlər?

Bağışlayan və Mehriban Allahın adı ilə

Əvvəla bu sualın cavabını bilməyimiz üçün aydınlaşdırmalı olduğumuz bir sıra məsələlər vardır.
Öncə bunu bilməliyik ki, «Risalə» nədir? Nə üçün nəzərdə tutulmuşdur? Və nə üçün müxtəsər şəkildə yazılmışdır?
Bizlərə daha çox «Risalə» adı ilə məşhur olan bu kitabın adı «Tovzihul-Məsail», yəni «Şəriət məsələlərinin izahı»dır. Adından da məlum olduğu kimi hər bir fəqih bu kitabda şəriətin ümumi və əsas məsələlərini, ümumi kütlənin istifadə edə biləcəyi və anlaya biləcəyi bir şəkildə cəm etmişdir.
Belə ki, «Ammul-Bəlva» deyilən, yəni əsasən «Gündəlik qarşıya çıxan» şəriət məsələlərini burada qeyd etmişlər. Ona görə ki, insanlar bundan rahat şəkildə istifadə edə bilsinlər və hər adi məsələlərində çətinliyə düşüb çaş-baş qalmasınlar.
Bununla da bizə məlum oldu ki, bu kitab ümumi kütlənin istifadə edə bilməsi və anlaya bilməsi, yeri gəldikdə hər bir yerə getdikdə yanında rahat daşıya bilməsi üçün nəzərdə tutulmuşdur. Belə olduğuna görə də bu kitabda məsələləri yığcam şəkildə qeyd etmiş və bir sıra məsələləri, o cümlədən həmən məsələlərə dair hədis və rəvayətləri burada qeyd etməmişdirlər.
Lakin bu, o anlama gəlməsin ki, fəqihlərimizin burada qeyd etdikləri hökümlər heç bir sənəd, hədis və rəvayətlərə söykənmir və bu onların təxəyyülünün bəhrəsidir. Əksinə, burada olan hər kiçik bir hökmün belə geniş sənəd və dəlili vardır. Bu məsələlərdə geniş araşdırma aparmaq istəyənlər bu mövzuda cildlərlə yazılmış olan mötəbər kitablara mürəciət edə bilərlər. Biz burada o mötəbər kitab və əsərlərin bir neçəsini qeyd edirik. Belə ki, bu məsələlərdə geniş araşdırma aparmaq istəyənlər və «Risalədə verilən hökmlərin heç bir sənəd və dəlilinin olmadığını» düşünənlər bu mötəbər kitab və əsərlərə müraciət edə bilərlər:

Şeyx Muhəmməd Nəcəfi, «Cəvahir əl-Kəlam» - 43 cild
Ayətullah Seyyid Sadiq Ruhani, «Fiqh əs-Sadiq», 41 cild
Şəhid Sani, «Məsalik əl-Əfham», 15 cild
Muhəmməd Cavad əl-Muğniyyə, «Fiqh əl-İmam Cəfər əs-Sadiq», 6 cild

Belə ki, burada risalələrdə verilmiş bütün hökmlərin geniş sənəd və dəlilləri, Quran ayələri və Əhli-Beyt (ə.s)-dan nəql edilən mötəbər hədislər işığında bəyan edilmişdir. Lakin biz yuxarıda qeyd etdik ki: «Risalə ümumi kütlənin istifadə edə bilməsi və anlaya bilməsi, yeri gəldikdə hər bir yerə getdikdə yanında rahat daşıya bilməsi üçün nəzərdə tutulmuşdur.» Əgər risalədə bütün məsələ və hökmlər yuxarıda qeyd etdiyimiz kitablar kimi, ayə, hədis və mənbələri ilə verilmiş olsaydı, o zaman risalə cildlərlə kitab halında olardı. Belə olduqda isə, mükəlləf şəxs gündəlik şəri məsələləri tapmaqda çətinlik çəkər, istədiyi yerə o kitabı rahatlıqla daşıya bilməzdi. Buna görədə risalələrdə bu kimi şeylər qeyd edilməmişdir.
Lakin günümüzdə «şəriətdən və elmdən cəhalətdə qalan» bəzi kəslər vardır ki, bu kimi kitablardan xəbərsiz olduqlarına görə, din alimlərimizi, fəqih və müctəhidlərimizi təhqir edir, onların «Risalə»lərdə vermiş olduqları hökmləri hədis və rəvayətlər ilə, sənəd və mənbələri ilə qeyd etmədiklərinə görə inkar edir, əvvəldə də qeyd etdiyimiz kimi, bunu onların təxəyyülünün bəhrəsi sayırlar, belə bir məntiqsiz fikir və iradlarla alimlərimizə dil uzadırlar.
Həzrəti Əli (ə.s) buyurur: «Həqiqətən insan bilmədiklərinin düşmənidir.»
Bu cür şəxslər isə elmsizlikdən, bilməməzlikdən, cahillikdən bu hala və bu qənaətə gəlmişlər. Əslində bu irad mənə Əhli-Təsənnidən (sünnilərdən) olan bir kəsin «Nəhcül-Bəlağə»nin sənədlərinə tutduğu bir iradı xatırlatdı. Belə ki, Azərbaycan dilinə tərcümə edilən «Nəhcül-Bəlağə» kitabında olan xütbələrin sənəd və mənbələrinin qeyd edilmədiyinə görə belə güman etmişdi ki, bu kitabın heç bir sənədi yoxdur və buna görə də buna dair dırnaq arası məqalə yazıb, öz cahilanə fikirlərini bu cür bəyan etmişdi ki, «o kitabda da heç bir mənbə və sənəd verilməyib, çünki bu kitab qondarmadır...»
Baxın, insanın elmi, savadı və məntiqi olmasa, bu cür düşüncəsiz və məntiqsiz sözlər deyər. Əslində bizim cavabımız onlara deyil, bizim bu məsələyə olan cavabımız bir çox bu cür sualların təsiri altına düşən möminlərin sarsımış fikirlərini doğrultmaq və möhkəmləndirməkdir.

*****
İndi isə məsələni daha da aydınlaşdırmaq üçün «Risalə»lərdə verilmiş olan ümumi hökmlərin bir neçəsini qeyd edəcək və qarşılığında yuxarıda adlarını qeyd etdiyimiz kitablardan məsələ ilə bağlı bir hədis qeyd edəcəyik.
Təbii ki, bizim məqsədimiz izah etmək istədiyimiz məsələni müxtəsər şəkildə bəyan etməkdir. Odur ki, hər məsələnin qarşılığında bir hədis ilə kifayətlənəcəyik. Ümid edirik ki, bu cür zəhərli düşüncədə olan kəslər isə fikirlərini təmizləmək və doğrultmaq üçün bu qeyd etdiyimiz kitablara baş vuracaq və yanlış düşüncədə və cəhalət qaranlıqlarında qaldıqlarını anlayacaqlar və bu məntiqiz irad və düşüncələrindən əl çəkəcəklər. Çünki bu kitablarda hər bir hökmün geniş təhlili verilmiş və hər bir məsələyə dair Peyğəmbər (s) və Əhli-Beytindən hədis və rəvayətlər nəql edilmişdir.

Ayətullah Seyyid Əli Sistaninin, öz «Risalə»sində bövl ilə nəcis olmuş bədən və paltarın hökmünə dair verdiyi fətvada oxuyuruq:

«Bövl ilə nəcis olmuş paltar və bədən kürr su ilə iki dəfə yuyulmalıdır.» («Şəriət məsələlərinin izahı», məsələ 160)

Bu məsələyə dair yuxarıda adını qeyd etdiyimiz Muhəmməd Cavad əl-Muğniyyənin «Fiqh əl-İmam Cəfər əs-Sadiq» adli kitabında, elə İmam Sadiq (ə.s)-dan belə nəql edilir:

سئل الإمام عليهالسلام عن الثوب أو الجسد يصيبه البول ؟ قال : « اغسله مرّتين » (1)
وهذا محلّ وفاق بين الفقهاء .
[1] الوسائل 3 : 406 ، ب8 من أبواب النجاسات ، ح6

İmam Sadiq (ə.s)-dan paltar və bədənə dəymiş bövl haqqında sual etdilər. İmam (ə.s) belə buyurdu: «Onu iki dəfə yu.»

«Bu da fəqihlər arasında ittifaq yeridir.»
[1] «əl-Vəsail əş-şiə», 3/406, «Nəcasət babı», H:6

İndi isə fəqihlərimizin xüms haqqındakı bir məsələsinə nəzər salaq:

Ayətullah Vəhid Xorasaninin öz «Risalə»sində, «Xümsün hökmləri» bölməsində buyurdugu fətvadan oxuyuruq:

«Əgər insan ticarətdən, sənətkarlıqdan, ya başqa yerlərdən qazanc əldə etsə, hətta məsələn, meyyitin namaz və orucunu əda edərək zəhmət haqqı almaqla olsa belə, bu qazanc özünün və ailəsinin illik qazancından artıq qalsa onun xümsünü – yəni: beşdə bir hissəsini (Deyiləcək qaydada) verməlidir.» T. M, Məs: 1769

Həmçinin bu məsələ ilə bağlı Muhəmməd Cavad əl-Muğniyyəniyyənin «Fiqh əl-İmam Cəfər əs-Sadiq» adli kitabında, İmam Museyi-Kazım (ə.s) və atası İmam Cəfər Sadiq (ə.s)-dan belə nəql edilir:

وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
قال الإمام موسى الكاظم عليه السلام في تفسيرهذه آية : ما كان للّه فهو لرسوله وما كان لرسوله فهو لنا، واللّه لقد يسّر الله على المؤمنين أرزاقهم بخمسة دراهم، جعلوا لربهم واحداً، وأكلوا أربعة أحلاء
وسائل الشيعة ج 9/ ص 485 - بصائر الدرجات ص 9
و قال أبوه الامام صادق عليه السلام: ان الله لما حرم علينا الصدقة انزل لنا الخمس, فالصدقة علينا حرام, والخمس لنا فريضة

(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir! (Ənfal, 41)

İmam Museyi-Kazım (ə) bu ayənin təfsirində buyurur: «Allaha məxsus olan şeylər Onun Rəsuluna da məxsusdur, Onun Rəsuluna məxsus olan şeylər də bizə məxsusdur. Allaha, möminlərə onların ruzilərini beş dirhəmlə yüngül elədi. Onun beşdə birini Rəbbləri üçün qərar verdi. Onun qalan dörd dirhəmini isə Onlar üçün halal etdi.»

İmam Kazım (ə.s)-ın atası İmam Sadiq (ə.s)-dan isə belə nəql edilir:
«Allah, sədəqəni bizə haram etdiyi zaman xumsu bizə nazil etdi. Və sədəqənin bizə verilməsi haramdır, lakin xümsun bizə verilməsi vacibdir.»
«Vəsail əş-Şiə», c.9, s.485; «Bəsair əd-Dərəcat», s.9

Biz burada adını çəkdiyimiz kitablardan bir neçə məsələyə müxtəsər şəkildə toxunduq. Təbii ki, biz bütün risalələrdə verilmiş hökmləri burada bir-bir bu cür təhlil edə bilmərik, çünki məqsədimiz bunu anlatmağa çalışmaqdır ki, risalələrdə verilmiş hər bir hökmün bu kitablarda öz dəlil və isbatı vardır və buna görədə bir neçə məsələni sözümüzə qüvvət və misal olsun deyə qeyd etdik.
Allahın salamı olsun haqq axtarışında olan təəssübkeş olmayan kəslərə. Allahın rəhməti onlara olsun. Allahın qəzəbi olsun fitnə alovu püsgürdüb insanları, xüsusən cahilləri çaşdırıcı fikirlər səsləndirən insanlardan olan şeytanlara...

HÖRMƏTLİ OXUCULAR,
HAZIRLAYAN QARDAŞIMIZIN SAĞLAMLIĞI, BOL HALAL RUZİ QAZANMAĞI, GÖZƏL AXİRƏTİ ÜÇÜN MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏDƏ SALAVAT GÖNDƏRMƏYİ UNUTMAYAQ!



Vəhabi(sələfi) əqidəsinin iç üzü

Əziz Müsəlmanlar dövrümüzdə İslama bir başa zərbə vuran bir əqidə Sələfilik(Vəhabilik) , bütün dünya üçün bir saxalmaz yaradır. Müsəlanlar arasında Şiə və Sünninin vəhdətini pozan , insanları həlak edən, islami Terror dini kimi tanıtdıran bir əqidəni tanıyaq !!! Bu əqidənin iç üzü və bu insanlara cavablarımızı saytımızda izləyə bilərsiz
--->>>  http://sayt.ws/antiselefi/



Facebook - da səhifə və qruplarımız

Daxil olun bəyənin və paylaşın əziz müsəlmanlar

Səhifələr

1) Şiə Cavab verir

2) hadis.313news.net

3) Şiə həqiqətləri bəyan edir

4) salafizm sladkaya loj


5) Aşura Tv

Qruplar

1) SALAFIZM - "SLADKAYA LOJ!"


Zühür əlamətləri - (azəricə alt yazı ilə)

İzləyin və paylaşın

1) 1-ci Hissə - Əl-Qaim


------------------------------------------------------------------------------------------

2) 2-ci Hissə - Şueyb İbni Saleh


------------------------------------------------------------------------------------------


3) 3-cü Hissə - Nəfsu-Zəkiyyə


---------------------------------------------------------------------------------------------

4) 4-cü Hissə - Əkkə


---------------------------------------------------------------------------------------------

5) 5-ci Hissə - Dəməşq


Bərzəx aləmi - dini film

İzləyin və paylaşın.


пятница, 15 июня 2012 г.

Maide 55 Imam Əli(ə) haqqda nazil olmasına sübutlar

Bismillahir-rehmanir-rehim
“Innema veliyikumullahu ve resuluhu vellezine amenullezine yuqimunes selate ve yu’tinez zekate vehum raki’un”

“Sizin esl veliniz (sahibiniz) Allah, Onun resulu ve iman getirenlerdir. O, kesler ki, namaz qilir ve ruku halinda iken zekat verirler.”


Bu ayenin Ali (e.s.) haqqinda olmasini subut eden deliller;

1.Imam Fexri Razi “Tevsiri –Kebir” cild-3, seh-431
2.Imam Ebu Esheq Selebi “Keshful- Beyan” 
3.Carullah Zemexsheri “Keshshaf” cild-1, seh-422
4.Teberi “Tefsiri-Teberi” cild-6, seh-186
5.Ebul Hasan Rummani “Tafsir”
6.Ibn Hevazin Nishaburi “Tefsir”
7.Ibn Se’dun Qirtebi “Tefsiri-Qirtebi” cild-6, seh-221
8.Nesefi-Hafiz “Tefsir” sehife-496
9.Fazil Nishaburi “Qeraibul-Qur’an” cild-1, s-461
10.Ebul Hasan Vahidi “Esbabun-Nuzul” sehife-148
11.Hafiz Ebu-Bekr Cessas “Tefsiri-Ehkamil-Qur’an” sehife-542
12.Hafiz Ebu Bekr Shirazi “Fi ma nezele minel-Qur’ani fi Emirel-mominin”
13.Ebu Yusif Sheyx Ebdusselam Qezvini “Tefsiri-kebir”
14.Qazi Beyzavi “Envarul-Tenzil” cild-1 s-345
15.Celaleddin Suyuti “Durrul-Mensur” cild-2, s-293
16.Qazi Shevkani Seneai “Fethul-Qadir”
17.Seyid Mahmud Alusi “Tefsiri-Alusi” cild-2, s-329
18.Hafiz Ibn Ebi Sheybe Kufi “Tefsir”
19.Ebul Berekat “Tefsir” cild-1, s-496
20.Hafiz Beqevi “Mealimut-tenzil”
21.Imam Ibn Ebdurrehman Nesai “Sehih”
22.Muhammad Ibn Telhe Shafei “Metalibus-suul” sehife-31
23.Ibn Ebil Hedid “Sherhu-Nechul-Belaqa”cild-3, s-275
24.Xazin Elauddin Baqdadi “Tefsir” cild-1, s-496
25.Suleyman Henefi “Yenabiul-mevedde” sehife-212
26.Hafiz Ebu Bekr Beyheqi “Musennef”
27.Rezin Ebderi “Cem’un-beynes-sihahis-sitte”
28.Ibn Esakir Demeshqi “Tarixi-Sham”
29.Sebt Ibn Covzi “Tezkire” sehife-9
30.Qazi Ezdayici “Mevaqif” sehife-276
31.Seyyid Sherif Curcani “Mevaqifin sherhi”
32.Ibn Sebbaq Maliki “F usulul-muhimme” sehife-123
33.Hafiz Ebu Se’d Semani “Fezailus-Sehabe”
34.Ebu Ca’far Esqafi “Neqzul-Osmaniyye”
35.Teberani “Ovsed”
36.Shafei Feqihi Ibn Meqazeli “Menaqib”
37.Muhammad Ibn Yusif Genci Shafei “Kifayeut-talib”
38.Movla Eli Qushchi “Sherhi-Tecrid”
39.Seyyid Muhammad Mo’min Sheblenci “Nurul-Ebsar” sehife-77
40.Muhibbuddin Teberi “Riyazun-nezere” cild-2 sehife-227
Ve.s.




Qədir Xum və Mövla kəlməsinin mənası

Bütün Əhli Sünnə və Şiə təfsirçi, muhaddis və müverrihlərin icmasına görə Qədir Xum hadisəsi Həzrəti İmam Əli (ə.s) haqqında belə reallaşmışdır: Hicrətin 10-cu İlində Rəsuli Əkrəm (s. a. a) vida həccindən dönərkən Maidə surəsi 67-ci Ayəsindəki, Allahın əmri istiqamətində 70 min və ya 120 min hacının hüzurunda Qədir Xum deyilən ərazidə, Hz. Əlinin özündən sonra, xilafət, vilayət və imamətini elan etmişdir.

Mərhum Allame Əmini "Əl- Gadir" adlı əsərinin 1-ci cildinin 14-cü Səhifəsindən 61-ci Səhifəsinə qədər Gadiri Hum hadisəsini nəql edən 110 səhabənin adını zikr etmişdir. Bunun yanında 84 dənə tabeindən və 361 dənə də Əhli Sünnə alimlərindən nəql etmişdir.
Bu hadisəni nəql edən Əhli Sünnə qaynaqlarından bəziləri bunlardan ibarətdir;
1- Menakibi İbni Meğazili, s. 27
2- Süneni Tirmizi, c. 5, s. 591
3- Təfsiridir-Ril Mensur, c. 2, s. 528
4- Müsnedi Əhməd b. Hənbəl, c. 5, s. 355
5- Təfsiri Fəxri Razi, c. 11, s. 28
6- Təfsiri Taberi, c. 4, s. 278
7- Təfsiri Keşşaf, c. 1, s. 649
8- Kenz-ul Ummal, c. 6, s. 154-390
9- Səhihi Müslim, c. 2, s. 325


MÖVLA SÖZÜNƏ ETİRAZ

Bəzi Əhli Sünnə alimləri Gadiri Hum hadisəsini inkar edə bilmədikləri üçün "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır." Hədisindəki mövla sözünü və bu hədisi təhrif etməyə çalışmışlar və hədis də keçən mövla sözünü "Dost" mənası ilə eyni tutmuşlar.
Bu mənaya sarılanlar Hz. Əli (ə.s) haqqındakı tarixi bir gerçəyi inkar və rədd edə bilmədikləri üçün günəş palçıqla suvanar zehniyyəti ilə belə bir cəhd də tapılmışlar. Bu zehniyyət və tahrifata cavab vermədən əvvəl, Ərəb dilində mövla sözünün hansı mənalara gəldiyini zikr etsək daha məqsədəuyğun olar. Mövla sözü ərəb lüğətində ümumiyyətlə on dənə məna ifadə edər.
1- Malik, 2- Kölə, 3- Dost, 4- Köməkçi (sözləşmək), 5- Başqasının əliylə Müsəlman olan, 6- Ərəb olmayan, 7- Evla- ixtiyar sahibi, 8- Əmi oğulu, 9- Qonşu, 10- İki andçı,

Hədis içərisində keçən mövla sözünü yuxarıdakı lüğət mənalarına söykən və bir neçə dəlilə görə evlə yəni qoca sahibi mənasında istifadə edə bilərik.

Dəlil: Hədisin baş qisimində Peyğəmbər belə buyurur; "Mən Möminlərə öz nəfslərindən daha evla (ixtiyar sahibi) deyiləmmi."? Ağılı və nəqli dəlillərə görə Peyğəmbər Möminlərə nəzərən ixtiyar sahibidir. Çünki Allahu Təala Əhzab surəsinin altıncı ayəsində belə buyurur; "Peyğəmbər Möminlərə öz canlarından daha yaxındır."
2. Dəlil: Gadiri Hum da mövzu ilə əlaqədar nazil olan ayə Maidə surəsinin 67. Ayəsidir. Çünki insanların dostu olmaq onların qarışıqlıq və fəsad çıxarmasına səbəb olmaz. Elə isə niyə Peyğəmbər bu əmri təbliğ etməkdən narahatlığa qapılmışdır. Çünki bunun müqabilində uca Allah Rəsuluna bu əmri yerinə yetirmədiyin müddətcə Risalət vəzifəsini ifa etməmiş olacaqsan, deyə buyurmuşdur.
3. Dəlil: Maidə surəsi üçüncü ayədə Allahu Təala belə buyurmuşdur; "Bu gün sizin dininizi kamala çatdırdım və nemətimi sizlərə tamamladım və sizin üçün İslam dinini seçdim, razı oldum."
Çünki dostu və köməkçini insanlara eşitdirmək dinin kamala çatmasına, nemətin tamamlanmasına və Allahın İslam dininə razı olmasına səbəb olmaz.
4. Dəlil: Gadiri Hum hadisəsinin reallaşma şəklidir. Peyğəmbərin bir dostunu tanıtmaq məqsədi ilə 120 min adamı müsaid olmayan bir yerdə və günəşin yandırıcı istisi altında toplaması mümkün ola bilməz. Çünki ora bir səhra ortası idi. Hətta bu vəziyyətin səbəbini anlayana qədər, insanlar belə qarışıqlıq içərisində idilər.
Birdə bu nöqtəyə işarə olunsa məqsəd və hədəf ortaya çıxacaq. Oda budur; sanki Peyğəmbər daha əvvəl Əlini sevdiyini və onun dostu olduğunu açıqlamamışdır! Allahu Təala Tövbə surəsinin 71. Ayəsində belə buyurur; "Mömin kişilərlə Mömin qadınlar da bir-birlərinin vəliləridir." (Dostlarıdır.)
Bu ayədən sonra Rəsulullahın o qədər insanı, təkcə dostunu elan etmək, eşitdirmək üçün yığmış olması mümkün deyil və belə bir məqsədlə bunu etmək səhvdir. Rəsulullah da səhv və Allahın hökmü xaricində bir şey etməyəcəyinə görə məsələ dostu tanıtmaqdan çıxmış ilahi əmri təbliğ etmək aşkar olmuşdur.
5. Dəlil: Məaric surəsinin birinci ayəsinin nüzul səbəbinə baxıldığında, hədisdə keçən mövla sözünün dost mənasında olmadığı aydın olar.
Məaric surəsinin birinci ayəsi Həris b. Numanı Fəxri haqqında nazil olmuşdur. Ayənin nazil olma səbəbi qısaca bundan ibarətdir.
Hz. Peyğəmbər (s. a. a) Əfəndimiz Gadiri Hum vadisində insanların gözləri qarşısında Hz. Əli (ə.s) haqqında "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır." Sözünü buyurduqdan sonra, bu xəbər diyarlara və şəhərlərə yayıldı. Bunun üzərinə Həris b. Numan Peyğəmbər əfəndimizin hüzuruna gələrək belə dedi; Sən bizə Allahın vahidliyinə və öz Rəsulluğuna dair şahidlik gətirməmizi əmr etdin, bizdə qəbul etdik və şahidlik gətirdik. Sonra bizi Cihada, Həccə, Oruca, Namaza və Zəkata əmr etdin bunları da qəbul etdik. Amma sən bunlara razı olmadın qalxdın birdə bu gənci (Əlini) özünə xəlifə təyin etdin və "Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" dedin. Görəsən bu söz sən tərəfdəndirmi yoxsa Allah tərəfindəndirmi.?

Peyğəmbər buyurdu ki; Özündən başqa məbud olmayan Allaha and olsun ki bu söz Allah tərəfindəndir. Həris b. Numan Peyğəmbərdən üzünü çevirərək belə danışmaqa başladı; Ya Rəbbi əgər bu söz haqq isə öz tərəfindən bizə göydən daş yağdır. Bu əsnada göydən bir daş düşmüş və nəticədə Həris b. Numan ölmüşdü. Bu hadisəyə görə Məaric surəsinin 1. Ayəsi nazil olmuşdur; "İstəyən biri, istədi gəlib çatacaq əzabı. "Mecme-ul Beyan, c. 10, s. 352
Yuxarıda ki hadisəni Əhli Sünnə təfsirçiləri və ravileri də az fərqliliklərlə nəql etmişlər. Allameyi Əmini Əl- Gadir adlı əsərində, yuxarıda ki hadisəni Əhli Sünnənin qabaqda gələn tanınmış otuz dənə alimindən nəql etmişdir. Onlardan bəziləri bunlardan ibarətdir:
1- Təfsiri Garib-ul Quran, Hafiz Əbu Ubeyd Herevi
2- Təfsiri Şifa-us Südur, Əbu Bəkir Nekkaş Musuli
3- Təfsiri Əl- Kəşf-u Vəl Bəyan, Əbu İshak Saləbi
4- Təfsiri Kurtubi, Əbu Bəkir Yəhya
5- Feraid-us Simtayn, Hemuyeni
6- Dürer-us Simtayn, Məhəmməd Zerendi
7- Sirac-ul Munir, Şemsuddin Şafeii
8- Sire-i Halebi
9- Nür-ul Ebsar, Şeblenci
10-Şerh-u Cami-us Sağar, Siyuti - El- Gadir, c. 1, s. 239-246


Bu rəvayətdən və hadisədən aydın olan budur ki, Peyğəmbərin hədisindəki mövla sözü dost mənasında deyil.
6. Dəlil: Hz. Əli (ə.s) Gadiri Hum da ki hədisi Şuradakılara zikr edərkən Şuradakıların hamısı bunu qəbul etmiş və hədisdəki mövla sözünün dost mənasında olduğunu müdafiə etməmişdir.
7. Dəlil: Hessan b. Sabitin bu hadisənin müteakibinde Rəsulu Əkrəmdən icazə istəyib bu şeiri oxumasıdır.
Gadir günü onların Nəbisi onlara səs etdi
Dinlə Hum da səs edən Resulu
Buyurdu ki sizin mövlanız və vəliniz kimdir?
Malik bizim mövlamızdır və sən bizim Nəbimizsən.
Peyğəmbər ona dedi ki, qalx ya Əli
Doğrusu mən özümdən sonra sənin
İmam və Hadi olmağına razı oldum.
Elə isə mən kimin mövlasıyamsa buda onun mövlasıdır.
Sizlər ona sadiq itaətçilərdən və yaxşı dostlardan olun.
Orada Rəsul onu sevənləri sevməyə dəvət etdi.
Və ona düşmən olanlara, düşmən olmağı əmr etdi.

Bu şeirin əvəzində Rəsulullah (s. a. a) Hessana xeyir-dualar etdi. Əgər mövla dost mənasında olsa idi, Peyğəmbər Hessana xeyir-dualarında etməz, əksinə onu xəbərdarlıq edərdi. Çünki Hessan oxumuş olduğu şeirin bir hissəsində belə deyir; Rəsulullah Əliyə belə dedi; Qalx ya Əli, özümdən sonra sənin imam və Hadi olmağına razı oldum.
Zikrolunan yeddi dəlildən aydın olan budur ki, inkar edilməsi mümkün olmayan Gadiri Hum hadisəsindəki Peyğəmbər əfəndimizin Hz. Əli (ə.s) haqqında buyurmuş olduğu hədisdəki mövla, dost mənasında deyil də, evla - ixtiyar sahibi mənasındadır. Amma çox təəssüf ki, Əməvi əlləri və zehniyyəti bu tarixi gerçəyi də inkar edə bilmədikləri üçün belə bir təhrif boş sözünə düşmüşlər.
Oxuculara işıq tutması ümidiylə.....
Mənbə: Mehdi Aksu "Doğruya gedən yol"




Qədir Xum və Mövla kəlməsinin mənası




Hədis rəvayət etməzdən qabaq mahnı oxuyan əhli-sünnə imamı


Hədis rəvayət etməzdən qabaq mahnı oxuyan əhli-sünnə imamı

 
.إبراهيم بن سعد ع 
ابن إبراهيم بن صاحب رسول الله - صلى الله عليه وسلم - عبد الرحمن بن عوف . الإمام الحافظ الكبير أبو إسحاق القرشي الزهري العوفي المدني
.....وكان ثقة صدوقا ، صاحب حديث . وثقه الإمام أحمد 
............ 
.وروى أحمد بن سعد بن أبي مريم ، عن يحيى بن معين قال : ثقة حجة
.وقال أحمد العجلي : مدني ، ثقة
.وقال أبو حاتم: ثقة
............ 
قلت : كان ممن يترخص في الغناء على عادة أهل المدينة ، وكأنه ليم في ذلك ، فانزعج على المحدثين ،وحلف أنه لا يحدث حتى يغني قبله ، فيما قيل

İbrahim b. Sad b. İbrahim b. Peyğəmbər s.ə.a.s səhabəsi - Abdur-Rəhman b. Auf, Əbu İshaq əl-Quraşi əz-Zuhri əl-Əvfi əl-Mədini. Kutubi-sittədə rəvayətləri var. İmamdır, böyük hafizdir.....
O, siqa və səduqdur. Hədis sahibidir. İmam Əhməd onun siqa hesab edib... 
Əhməd b. Sad  b. Əbi Miram, Yəhya b. Məindən onun belə dediyini rəvayət etdi: siqa şəxsdir, höccətdir.  
Əhməd əl-İcli dedi: Mədinəlidir, siqa şəxsdir. 
Əbu Hatim dedi: siqa şəxsdir......
Mən (əz-Zəhəbi) deyirəm: O, Mədinə camaatının adəti olaraq mahnı oxumağı (ğinanı) caiz bilirdi. Onu tənqid etdikdə, mühəddislərə acıqlanaraq and içdi ki, hədisdən qabaq mahnı oxumamış onu rəvayət etməyəcək. 

Şəmsuddin əz-Zəhəbi, Siyər əlamun-nubəla, c.8, s.304-306; Muəssisətur-risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Arnaut

Onlayn mənbə 1: islamweb.net
Onlayn mənbə 2: kl28.com
Onlayn mənbə 3: wikisource 













Şəmsuddin əz-Zəhəbi, Siyər əlamun-nubəla, c.8, s.304-306; Muəssisətur-risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Arnaut

Kitabı yükləmək üçün: ÜNVAN